Azərbaycanın xaricdəki səfirliklərində turizm nümayəndələri olacaq
02 SENTYABR

Azərbaycanın xaricdəki səfirliklərində turizm nümayəndələri olacaq

Azərbaycanın diplomatik nümayəndəliklərində turizm nümayəndələri təyin ediləcək. Fins.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin imzaladığı turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamında nazirliklərə tapşırıq verilib.

Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Xarici İşlər Nazirliyi ilə birlikdə ölkənin turizm potensialının təşviqi, turizm məhsullarının dünya turizm bazarına çıxarılması, satışının təşkili və ölkəyə turist axınının artırılması məqsədilə prioritet hesab olunan ölkələrdə xüsusi proqramlar həyata keçirəcəklər. Bunun üçün həmin ölkələrdə fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində turizm nümayəndələrinin təyin olunması nəzərdə tutulub.

Nazirliklər turizm nümayəndələrinin fəaliyyətinin təmin edilməsi ilə bağlı təkliflərini 2 ay müddətində hazırlayıb Prezidentinə təqdim etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır