Azərbaycanda yeni turizm zonaları yaradılacaq
02 SENTYABR

Azərbaycanda yeni turizm zonaları yaradılacaq

Azərbaycanda dövlət-sahibkar tərəfdaşlığı əsasında turizm zonaları yaradılacaq. 

Bu məsələ Azərbaycan prezidenti İlham Əliyevin turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərəncamda əksini tapıb.

Mədəniyyət və Turizm Nazirliyinə yerli icra hakimiyyəti orqanları ilə birlikdə Azərbaycan Respublikasının turizm potensialı olan ərazilərində dövlət-sahibkar tərəfdaşlığı əsasında turizm və rekreasiya zonalarının yaradılması barədə təkliflərini hazırlayıb altı ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır