Xınalıqdakı rus turist xilas etmək üçün - HELİKOPTER GƏTİRİLİR - YENİLƏNİB
03 SENTYABR

Xınalıqdakı rus turist xilas etmək üçün - HELİKOPTER GƏTİRİLİR - YENİLƏNİB

Quba rayonunun Xınalıq kəndinə gələn turist dağlıq ərazidə köməksiz qalıb. Fins.az-ın APA-ya istinadən məlumatına görə, şimal bölgəsinə yağan güclü yağış nəticəsində kəndə gələn yolu sel apardığından Rusiya vətəndaşı, 1978-ci il təvəllüdlü Kliçko Svetlana Yevgenyevnanın qayıtması mümkünsüz olub.

Onun ərazidən götürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin helikopteri cəlb olunub.

Hazırda xilasetmə əməliyyatı davam etdirilir.

*******

Quba rayonunun Xınalıq kəndi ərazisində dağlıq ərazidə köməksiz qalmış rusiyalı turist qadın xilas edilib.

Rusiya vətəndaşı, 1978-ci il təvəllüdlü Kliçko Svetlana Yevgenyevna Azərbaycan Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə ərazidən götürülb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır