Belarus aviaşirkəti Azərbaycanda nümayəndəlik açır
07 SENTYABR

Belarus aviaşirkəti Azərbaycanda nümayəndəlik açır

Vergilər Nazirliyi Belarusa məxsus "Belavia aviaşirkəti" ASC-nin Azərbaycandakı nümayəndəliyini dövlət qeydiyyatına alıb.

Bu barədə  Nazirlikdən bildirilib.

Nümayəndəlik Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 4/1 ünvanında yerləşir. Belarus şirkətinin qanuni təmsilçisi Rusiya vətəndaşı olan Vüqar Seyran oğlu Musayevdir. 

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır