Avqustda Naftalanda nə qədər turist dincəlib?
08 SENTYABR

Avqustda Naftalanda nə qədər turist dincəlib?

 Bu ilin avqust ayında Naftalandakı hotellərdə 3 600 nəfərə yaxın yerli və xarici turist dincəlib. Naftalan şəhər İcra Hakimiyyətindən fins.az-a verilən xəbərə görə, bu,  son beşdə ən yüksək göstərici olub.

“Son illərdə müasir səviyyəli komplekslərin sayının çoxalması Naftalanın  iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də şəhərə gələn turistlərin sayının artmasına səbəb olmuşdur. Bu gün şəhərdə irili-xırdalı 10 turizm obyektində eyni vaxtda 2 100 turistə yüksək səviyyədə xidmət göstərmək imkanı vardır.  Həmin obyektlərdən 3-ü beşulduzlu müalicə və istirahət mərkəzidir”.

Qeyd edək ki, Naftalanda "Qarabağ SPA and Resort" otel kompleksinin açılışı mərasimində Prezident İlham Əliyev də iştirak edib. Ölkə başçısı bu otelin ölkədə turizmin inkişafı üçün öz rolunu oynayacağını vurğulayıb: "Çox şadam ki, Naftalanda otellərin sayı artır. Bu vaxta qədər Naftalanda tikilən bütün yeni otellərin açılışlarında şəxsən iştirak etmişəm - "Çinar" oteli, "Qaşaltı", indi də "Qarabağ" oteli. Naftalanın çox böyük tarixi, şöhrəti var. Biz bu şöhrəti indi bərpa edirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır