Azərbaycanda turizm mövsümi olmayacaq - AÇIQLAMA
09 SENTYABR

Azərbaycanda turizm mövsümi olmayacaq - AÇIQLAMA

Azərbaycanda turizmin mövsümi xarakter daşımasının aradan qaldırılması ilə bağlı işlər də davam etdiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən fins.az-a verilən məlumata görə, bunu Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Turizm Assosiasiyasında (AZTA) turizm şirkətlərinin nümayəndələri ilə keçirilən toplantında deyib. 

Nazir bildirib ki, bunun üçün dəniz turizminin inkişafı, rekreasiya zonalarının yaradılması, sağlamlıq turizminin növlərinin artırılması, qış turizminin daha da inkişaf etdirilməsi də əsas istiqamətlərdəndir: "Azərbaycana xarici turistlərin cəlb olunması üçün təbliğat işlərinin daha da gücləndirilməsi vacibdir. Ölkəmizdə “Tax free” sisteminə qoşulan ticarət obyektlərinin sayının artırılması təmin olunacaq".

Nazir bildirib ki, “shopping festival”ların keçirilməsi istiqamətində görüləcək işlərlə əlaqədar olaraq turizm obyektləri də müvafiq təkliflər verə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır