Bakıda ilk “Shopping festival” ilin sonunda keçiriləcək
09 SENTYABR

Bakıda ilk “Shopping festival” ilin sonunda keçiriləcək

Bu ilin sonunda Bakıda ilk «Shopping festival» keçiriləcək. Fins.az-ın məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyində keçirilən görüşdə məlumat verilib. Xatırladaq ki, nazir Əbülfəs Qarayevin və turizm sektoru nümayəndələrinin iştirak etdiyi görüşdə toplantıda prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamda nəzərdə tutulan məsələlər müzakirə olunub. 

Həmin sərəncamda nəzərdə tutulan tədbirlərdən biri də Bakıda hər il“Shopping festival”ın keçirilməsi idi. Qeyd edək ki,bu cür festivallar dünyanın əksər tanınmış şəhərlərində keçirilir. Bu ildən ilk dəfə olaraq ölkəmizdə də bu cür festivalın keçirilməsi nəzərdə tutulur. Görüşdə iştirak edən  «Milennium Travel»  şirkətinin rəhbəri Ruslan Quliyevin sözlərinə ilk “Shopping festival”ın test variantının dekabrın sonu-yanvarın əvvəlində keçirilməsini gözlənilir.

R.Quliyev təklif edib ki, Azərbayvcanın mədəniyyətinin, mətbəxinin və turizm imkanlarının təbliğatı məqsədilə Bakıda keçiriləcək fesivalda yerli məhsullara üstünlük verilməsi məqsədəuyğun olardı. Bura ölkədəistehsal olunan xalça, suvenirlər, şərab məhsulları, şirniyyat və s. aiddir. Festivalda xarici brend məhsullar da yer alacaq.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır