Misirə ucuz səyahətlər başlayır – QİYMƏTLƏR
14 SENTYABR

Misirə ucuz səyahətlər başlayır – QİYMƏTLƏR

Gürcüstanın «Pegas» turizm şirkəti Tiflis şəhərindən Misirin istirahət mərkəzi olan Şarm- Əl Şeyxə turların təşkilinə başlayır. Fins.az-ın məlumatına görə, turların qiyməti 447-1102 dollar arasında dəyişir.

Kampaniyaya görə, ən ucuz tur 3 ulduzlu,Rock Oteldə, 6 gecə 7 gün yerləşmədir – adambaşına qiymət 447 dollar təşkil edir. 3 ulduzlu otellərdə qiymət 509 dollara qədər artır. 4 ulduzlu otellərdə isə qiymətlər 459-507 dollar arsında dəyişir. Şarm-Əl Şeyxdəki 5 ulduzlu otellərdə isə 1 nəfərlik istirahət 511-1102 dollar arasındadır.

Turlar üzrə səyahətlər noyabrın 6-dan başlanacaq. Qeyd edək ki,xidmətlər All İnclusive-dir.
Yuxarıda qeyd edildiyi kimi turlar Tiflis şəhərindən həyata keçiriləcək, yəni bu turları alan azərbaycanlı müştərilər əvvəlcə Gürcüstana getməli olacaqlar. Bu turları Azərbaycanın turizm şirkətlərindən də əldə etmək olar.

Qeyd edək ki, 2015-ci ilin oktyabrında Rusiyaya məxsus təyyarənin Misirdə qəzaya uğraması nəticəsində 217 sərnişin və 7 ekipaj üzvü həlak olmuşdu. Bu səbəbdən Misirə bütün dünyadan turist axını azalıb. Bu da Misirdə yüzlərlə otelin bağlanmasına səbəb olub və turları ucuzlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır