Dubayda uşaqlar üçün - 5 ƏYLƏNCƏ MƏRKƏZİ, QİYMƏTLƏR
19 SENTYABR 2016
3550

Dubayda uşaqlar üçün - 5 ƏYLƏNCƏ MƏRKƏZİ, QİYMƏTLƏR

Yayın başa çatması ilə əlaqədar olaraq turizmin qış mövsümü başlayır. Bu dövrdə azərbaycanlıların üz tutduğu əsas istiqamət Dubaydır. Son illərin müşahidə olunan tendensiyaları isə göstərir ki, əvvəlkindən fərqli olaraq Dubuya səyahət edənlər oraya ailəvi gedirlər. Dubayın əyləncə industriyası buna hazırdır – əmirlikdə böyüklərlə yanaşı uşaqlar üçün də kifayət qədər əyləncə  mərkəzləri vardır. Fins.az  Dubaya səyahət edənlərin sayını və onlar üçün vacib olduğunu nəzərə alaraq Dubayda uşaqlar üçün fəaliyyət göstərən 5 məşhur əyləncə mərkəzini təqdim edir.

«Children`s City» -  adambaşına 4 manat

Dubayda yerləşən uşaqlar üçün əyləncə mərkəzi Children` s City parkıdır.Parka giriş  böyüklər üçün 15 BƏƏ dirhəmi (6,68 manat və ya  4 dollar), uşaqlar üçün isə 10 dirhəmdir( 4.45 manat və ya 2.71 dollar). Bu qiymətlərə yalnız parka giriş daxildir. Attraksionların hər birindən istifadəyə görə 15 və ya 20 dirhəm ödəməli olacaqsız. Uşaqlarınız burada müxtəlif növ pavilyonlarla tanış ola bilərlər. Məsələn, kosmos pavilyonu oyun atraksionları və at çapmaq üçün müxtəlif yerlər vardır. İstirahət mərkəzi Dubai Greek Park-ın yaxınlığında 12 Street-də yerləşir. Bura metro ilə getmək istəyənlər “Dubay Marina” stansiyasından 16 dirhəm (7 manat və ya 4 dollar) ödəməklə parkın yerləşdiyi Dubai Health Care City stansiyasına gələ bilərlər. Taksi ilə həmin məsafəni  62 dirhəmə (27 manat  və ya 16 dollar) qət etmək olar. Park səhər 09:00 dan axşam 20:00 kimi çalışır.

«Aquaventure Waterpark» – adambaşına 117 manat

«Aquaventure Waterpark» - Dubayın «Atlantis The Palm» ərazisində yerləşən əyləncə mərkəzinə giriş adambaşına 264 dirhəmdir (117 manat  və ya 72 dollar ). Bu qiymətə parka giriş və atraksionlardan istifadə daxildir.Aquapark nəinki uşaqlara həmçinin valideynlərədə böyük zövq yaşadacaqdır.Borulara daxil olaraq suyun axarı ilə uzun yol qət etdikdən sonra  yüksək hündürlükdən hovuza düşəcəksiz. Müxtəlif formalı su altı tunellər hovuzun üzərindən keçən borular və s. Amma burada olarkən fotoaparatlardan istifadə etmək məsləhət görülmür çünki avadanlıq su olaraq sıradan çıxa bilər.Siz əyləndiyiniz zaman əyləncə mərkəzinin xüsusi fotoqrafları var ki, şəklinizi çəkərək sonradan sizə təqdim edəcəkdir. Qeyd edək ki, 264 dirhəmə yalnız içəri giriş daxildir.Yemək və şirələr almaq üçün əlavə pul ödəməlisiz. Baxmayaraq ki, bu istirahət mərkəzi əsasən uşaqlar üçün düşünülüb amma nədənsə aquapark daxilində siqaret çəkilməsinə icazə verilir.

«SEGA Republic» - adambaşına 55-133 manat

«SEGA Republic»  Dubayın ən məşhur məkanlarından biri olan «Dubay Mall»da yerləşir. Buraya daxil olarkən xüsusi kartlar almalı olacaqsız. Hər kartı ancaq bir neçə atraksionda istifadə etmək olar.  Kartların qiymətləri 125 dirhəmdən (55 manat və ya 34 dollar)  300 dirhəmə(133 manat və ya 81 dollar) qədər dəyişir. Oyunlar məkanı olan bu yerdə uşaqlarınız sanki bir başqa aləmə düşəcək. Burada hər yer şüa işıqlarla bəzədilib. Ən cəsur uşaqlar 9 metr hündürlükdən «Sonic Hopper» adlı xüsusi yerə tullana bilərlər. Hündürlükdən çəkinənlər isə «Guitar Hero» adlı oyun meydançasında musiqi ifa edə bilərlər.Qeyd edək ki,əyləncə mərkəzinin yerləşdiyi Dubay Mall şəhər mərkəzində yerləşir və ərazisi 1.2milyon kv2 metr təşkil edir ki, bu da dünyanın ən böyük ticarət mərkəzlərindən biri deməkdir.

«Dubai Ice Rink» - adambaşına 13 manat

«Dubai Ice Rink» - Dubayın gözəlliyi də bundadır: qaynar səhrada uşaqlarınız üçün buz kimi məkan tapa bilərsiz. «Dubay Mall» ticarət mərkəzində uşaqlar üçün buz üzərində sürüşmək üçün xüsusi yerlərdə təşkil olunub ki, burda övladlarınızı peşəkar təlimatçılar buz üzərində hərəkət etməyi öyrədəcəkdir. 12 yaşdan yuxarı uşaqlar  üçün 30 dirhəm (13 manat  və ya 8 dollar). Böyüklər üçün isə  60 dirhəm(26 manat və ya 16 dollar) ödənməlidir. 12 yaşdan balaca uşaqlar buz üstünə buraxılmır.İstirahət mərkəzi həftə içi 5 gün səhər 10:00 dan 22:45 kimi işləyir. Həftə sonları isə səhər 10:00-dan axsam 23:00 kimi işləyir.

«KidZania» - adambaşına 42-62 manat

KidZania:Bura2 yaşa qədər uşaqlara giriş pulsuzdur.4 yaşdan 16 yaşa qədər  140 dirhəmdir  (62 manat və ya  38 dollar). 17 yaş və 17 yaşdan yuxarı şəxslər üçün giriş 95 dirhəm təşkil edir(42 manat  və ya 25 dollar ). Bu əyləncə mərkəzi balaca şəhərciyi əks etdirir. Burada asfaltlı yollar, müxtəlif peşələr hətta şəhərciyin özünün pul vahididə var. Bir sözlə uşaqlar üçün kiçik ölkədir. «KidZania» mərkəzi «Dubay Mall»in ikinci mərtəbəsində yerləşir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır