Yeni İli xaricdə qarşılamaq neçəyədir? - QİYMƏTLƏR
23 SENTYABR

Yeni İli xaricdə qarşılamaq neçəyədir? - QİYMƏTLƏR

Səyahət mövzusu bitmir. Yay mövsümü yenicə başa çatsa da, artıq qarşıda Yeni İl Bayramı var. İlin sonuna 3 ay qalmasına baxmayaraq Yeni İli qeyd etmək üçün tur almağın vaxtıdır. Hazırda turizm şirkətləri müxtəlif ölkələrdə yeni ili qarşılamaq üçün turlar təklif etməyə başlayıblar. Niyyəti olanlar indidən qərar versələr qiymətlərdə böyük qənaət etmiş olacaqlar. Fins.az əhali üçün maraqlı olacağını nəzərə alaraq Yeni İl keçirmək üçün ən məşhur şəhərlərin qiymətlərini təqdim edir. Beləliklə…

İstanbul - 329 dollardan başlayan qiymətlərlə

Yeni İli İstanbulda, möhtəşəm boğaz görüntüləri və türk mətbəxi ilə qarşılamaq istəyənlər böyük xərcə düşməyəcəklər. İstanbulda 30 dekabrdan başlayan 4 gecə 5 günlük Yeni İl tur minimum 329 dollara başa gələcək. Bu qiymət 3 ulduzlu “Hali Otel”də 2 nəfərlik otaqda bir nəfərin qalması üçün keçərlidinr. 4 ulduzlu “Marinem Otel”də 4 gecə 5 gün iki nəfərlik bir otaqda gecələmək 346 dollar, 5 ulduzlu “Novotel İstanbul Bosphorus Otel”ində yeni ili qarşılamaq isə 429 dollar təşkil edir. Qeyd edək ki bu qiymətlərə aviabilet, oteldə qonaqlama, səhər yeməyi, transfer və sığorta daxildir. Hərçənd Yeni İli İstanbulda qarşılamaq istəyənlər çoxsaylı başqa variantlar da tapa bilərlər.

Vyana - 499 avrodan başlayır

2017-ci ili Motsart melodiyaları altında, unudulmaz qeyd etmək istəyənlər Avstriyanın fantastik gözəlliyə malik paytaxtına üz tuta bilərlər. Vyanada 29 dekabrdan 1 yanvara qədər olan 3 gecə 4 gün turun qiyməti 499 avrodur.
Amma bu turu seçnlər əvvəlcə İstanbula getməlidirlər. Bunun qiyməti tura aid deyil. Tura isə İstanbuldan birbaşa uçuşlar, havalimanı vergiləri və xidmətləri, əvvəlcədən müəyyən olunan 4ulduzlu otellərdə 3 gecə ( Arion City Hotel Vienna 4 və ya bənzər otel) və səhər yeməyi daxil olmaqla gecələmə daxildir. Turun qiymətinə aeroport - otel - aeroport və şəhərlər arası rahat avtobuslarla transferlər, panoramik Vyana şəhər turu, otel vergiləri və turist şəhər vergiləri (25 Avro) də aiddir.
Qiymətə daxil deyil: Bakı - İstanbul - Bakı aviabileti, viza rüsumu, əlavə turlar,yeni il qala yeməyi. Turpeketdə göstərilən qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub

Dubay iki nəfərlik bir otaq 460 dollar

Azərbaycanlıların ənənəvi qış istiqaməti Dubay hər il turistləri öz yenilikləri ilə təəccübləndirir. Buraya Yeni İl səyahəti dekabrn 30-dan başlayır və 4 gecə 5 gün davam edir. Əgər bu müddətdə 2 ulduzlu “San Marco Otel”də iki nəfərlik otaqda qalsaz 469 dollar, 3 ulduzlu “Sun and Sands Otel”də isə eynilə bu cür paketə 479 dollar ödəməli olacaqsız.
Yeni İli 4 ulduzlu “Rivera Otel”də keçirmək üçün eyni paket 559 dollara, 5 ulduzlu “Auris Plaza Otel”də isə 819 dollara başa gəlir. Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub. Qeyd edək ki,göstərilən turların qiymətlərinə aviabilet (baqaj daxil) otel,səhər yeməyi,sığorta və viza daxildir. Transfer qiymətə daxil deyil. Yeni İl süfrəsi və digər əyləncələrin pulunu da müştəri özü ödəyəcək.

Amsterdam - 1080 avro

Yeni ili Zanbaqlar ölkəsində qeyd etmək unudulmaz olacaq. Təəssüratlarına görə olmasa da qiymətinə görə bu səyahəti unutmaq mmükün deyil. Dekabrn 29 dan yanvarın 4-nə kimi 3 ulduzlu «Amstel oteldə» Yeni İli qarşılamaq 1080 avroya başa gələcək. Bu qiymətə qarşılama, transfer, səhər yeməyi və sığorta daxildir. Lakin viza üçün adambaşına 35 avro ödəməli olacaqsız. Adambaşına avia biletə görə isə 700 manat ödəməli olacaqsız. Qiymətlər iki nəfər üçün nəzərdə tutulub.

Tiflis iki nəfərlik bir otaq 505 dollar

Tiflis şəhərinə 5 gecə 4 günlük tur 30 dekabr tarixindən başlayaraq iki nəfər üçün tur 505 dollar təşkil edir. Yerləşdiriləcəyiniz otel isə 4 ulduzlu “Cron Palace Otel”i olacaqdır. Qeyd edək ki,turistlərin sayından asılı olaraq turların qiymətləri dəyişir. Məsələn əgər 4 nəfər səfər etmək istəsəz onda 435 dollar ödəməli olacaqsız. Bu qiymətə qarşılanma, oteldə yerləşdirilmə, Tiflisdə ekskursiya daxildir, sığorta, səhər yeməyi və yeni il gecəsi şam yeməyi

Moskva iki nəfərlik bir otaqda 781 manat

Yeni ili məşhur Kreml zənglərinin sədaları altında qarşılamaq unudulmazdır. Moskvaya Yeni il turu 29 dekabrdan 2 yanvara kimidir. 4 gecə 5 gün 3 ulduzlu “Matreshka Otel”ində yeni il keçirmək 781 manata başa gələcək. Qeyd edək ki,bu qiymət iki nəfərlik otaqda bir nəfər üçün nəzərdə tutulub. Qiymətə həmçinin aviabilet qidalanma transfer sığorta daxildir. Bayram stolunu isə müştərilər üz zövq və ciblərinə uyğun seçə bilərlər.

Praqa iki nəfərlik bir otaq 1140 manat

Azərbaycanın imkanlı şəxslərinin bir hissəsi Yeni İl öz sevimli məkanlarında Praqada qarşılayacaqlar. Avropaya qaçqın axını da Çexiya paytaxtının cəlbediciliyini azalda bilməyib. Yeni il turu dekabrn 29-dan yanvarın 5-nə kimi davam edəcək. Bu müddətdə 4 ulduzlu oteldə gecələmək üçün 1140 manat ödəməli olacaqsız. Bu qiymətə oteldə qalma, aviabilet, səhər yeməyi, sığorta və viza daxildir. Qeyd edək ki,göstərliən qiymətə iki nəfərlik bir otaqda qalmaq qiymətləri göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır