Tematik park nədir? – DUBAİ PARKS AND RESORTS
28 SENTYABR

Tematik park nədir? – DUBAİ PARKS AND RESORTS

Yaxın günlərdə Dubai Parks and Resorts istirahət və əyləncə mərkəzinin açılışı gözlənilir. Bu mərkəz həm də Yaxın Şərqdə ən böyük tematik parkdır. Dubai Parks and Resorts rəhbərliyi mərkəzin 31 oktyabrda açılacağını bildirib.

İstirahət kompleksi özündə 3 böyük istirahət mərkəzini birləşdirir. Bunlar Bollywood Parks  Dubai, MOTIONGATE Dubai və LEGOLAND-dir. Həmçinin bu mərkəzdə Lapita adlı oteldə var.

Dubai Parks and Resorts-ın Baş İcraçı direktoru  Riyad Kadjur Əl Nuyami  kompleksinin açılış mərasiminə artıq çoxdandır ki hazırlaşdıqlarını bildirib. O qeyd edib ki, burada təkcə 100 atraksion var və bu mərkəz regionun ən böyük istirahət və əyləncə mərkəzidir.

Qeyd edək ki, istirahət kompleksi dünyanın ən böyük ailəvi istirahət məkanı olacaq. Məlumat üçün bildirək ki, təkcə ötən il BƏƏ-nə rekord həddə 13.2 milyon turist səfər edib.

Bollywood Parks  Dubai- Bu məkan dünyada Bollivuda aid olan ilk tematik parkdır. Burada turistlər hind filmlərinə baxa və hind mədəniyyəti ilə tanış ola bilərlər. Bunlarla yanaşı, adıçəkilən yerdə çoxlu sayda bir birindən fərqli atraksionlar var. Həmçinin film çəkilişləri üçün pavilionlar da fəaliyyət göstərir. Bundan başqa burada 200 nəfər rəqqasənin eyni vaxtda rəqs edə biləcəyi səhnə var.

MOTIONGATE Dubai - Burada dünyada ilk dəfə olaraq 3 ən məşhur kinostudiyaların Sony Pictures Studios, Dream Works Animation və Lionsgate-in filialları fəaliyyət göstərir. Siz və uşaqlarınız bu kinostudiyalara gələ və məşhur filmlərin necə çəkilməsi ilə tanış ola bilrəsiniz. Həmçinin burada dünyada məşhur olan atraksionlar da fəaliyyət göstərir.

Riverland Dubai - Bu mərkəzdə isə alış-verişlə yanaşı istədiyiniz zaman səyahət edə bilərsiz. Həmçinin tarixlə maraqlananlar üçün bura əsl cənnətdir. Beləki, bu kompleksdə müxtəlif tarixi məkanlar əks olunan yerlər mövcuddur.

Lapita Hotel - 501 nömrəli oteldə isə gecələyə bilərsiz. Oteldə müxtəlif restoranlar və SPA mərkəzləri fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır