Tehran-Bakı-Tehran aviareysi uçuşlara başlayır
07 OKTYABR

Tehran-Bakı-Tehran aviareysi uçuşlara başlayır

İranın Mahan Air aviaşirkəti oktyabrın 31-dən etibarən Tehran-Bakı-Tehran marşrutu üzrə müntəzəm uçuşlara başlayır.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası müvafiq icazəni sözügedən aviaşirkətin uçuşları həftədə 3 dəfə yerinə yetirmək sorğusundan sonra vermişdir. 

Uçuşların həftədə 3 dəfə - çərşənbə axşamı, çərşənbə və bazar günləri Airbus A310 layneri ilə yerinə yetirilməsi planlaşdırılır.  

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" və ATA Airlines aviaşirkətləri də Tehrana uçuşlar həyata keçirir.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır