Azərbaycana gələn turistlərin sayı artıb – RƏSMİ AÇIQLAMA
07 OKTYABR

Azərbaycana gələn turistlərin sayı artıb – RƏSMİ AÇIQLAMA

2016-cı ilin 9 ayı ərzində ölkəmizə gələn xarici turistlərin sayı 1 719 015 nəfər olub. Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 169 430 nəfər (10.9%) çoxdur.

Cari ilin 9 ayı ərzində təkcə BƏƏ-dən Azərbaycana səyahət edənlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 34 dəfə artım müşahidə olunub. Digər tərəfdən, keçən ilin 9 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində Rusiya Federasiyası (7.6%), Qazaxıstan (17.2%), İran (62.9%) və s. ölkələrdən Azərbaycana gələn turistlərin sayında artım olub. 

Bununla yanaşı, yay mövsümü ərzində ölkə daxilində istirahət edən turistlərin sayında da artım müşahidə edilib. Yay mövsümü ərzində ölkəmizin regionlarında istirahət edən yerli və xarici turistlərin sayı 751 353 nəfərdir və bu  2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 23.5% çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır