Turist axını mövsümdən asılı olmayacaq
07 OKTYABR

Turist axını mövsümdən asılı olmayacaq

“Bu ilin 9 ayının rəsmi statistikasına görə, turistlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artıb”.

Bunu mədəniyyət və turizm naziriƏbülfəs Qarayev deyib. Nazir bildirib ki, qış turizmi ilə bağlı hazırlıq işləri aparılır: “Hər il olduğu kimi, bu il də dekabrın 15-də qış mövsümün açılışını elan edəcəyik. Bizim əsas məqsədimiz odur ki, Azərbaycana xarici ölkələrdən insanların axını mövsümlərdən asılı olmasın. Çünki Azərbaycanın bütün fəsilləri özünəməxsusluğu ilə seçilir.  Bu səbəbdən də biz müxtəlif proqramlar və layihələrlə fəsil problemini aradan qaldırıb, turistlərin gəlişinin davamlı olmasını təmin etmək istəyirik”. 

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır