Yunanıstan səfiri: «Azərbaycanı yaxşı təbliğ etmirsiz»
10 OKTYABR

Yunanıstan səfiri: «Azərbaycanı yaxşı təbliğ etmirsiz»

Azərbaycanın turizm imkanları daha yaxşı təbliğ olunarsa və birbaşa təyyarə reysləri açılarsa, buraya Yunanıstandan daha çox turist gələ bilər. Bu barədə fins.az-a qısa müsahibəsində Yunanıstanın ölkəmizdəki səfiri Dimitrias Çunqas bildirib.

- Cənab səfir, Azərbaycanda turizm bölgəsi kimi ən çox hansı yerləri xoşlayırsınız?
- Mən burada olduğum müddətdə Astara, Lənkəran, Lerik, Biləsuvar, Abşeron, Lahıc, Gəncə, Quba, Qusar, demək olar ki, ölkənizdə çox yerlərdə olmuşam və hamısı da çox xoşuma gəlib.

- Sizin ölkənin vətəndaşları, yunanlar ən çox hansı ölkələrə səfər edirlər?
- Yayda yunanlar öz ölkələrində qalırlar. Səfərlərə daha çox qış mövsümündə gedirlər. Bu isə daha çox Avropa ölkələridir. Avropa ölkələri arasında da ən çox İtaliya və Fransanı gəzirlər.

- Bəs Azərbaycana nəyə görə gəlmirlər?
- Çünki ölkəniz turizm sahəsində yaxşı təbliğ olunmayıb.Bu birinci səbəbdir. İkinci səbəb isə Azərbaycandan Yunanıstana br başa reyslərin olmamasıdır.

- Yunanıstana səfər etmək istəsəm mənə hansı yerləri gəzməyi məsləhət görərsiniz?
- Bizim ölkədə 3800 ada var və əgər siz dəniz həvəskarısızsa buraya bu adalardan birinə baş çəkə bilərsiz. Həmçinin Afina kimi qədim şəhərimiz var. Ümumiyyətlə Yunanıstanda gəzməli yerlər çoxdur və onlar arasında seçim etmək çox çətindir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır