Ucuz təyyarə bileti almaq üçün – 7 MƏSLƏHƏT
10 OKTYABR

Ucuz təyyarə bileti almaq üçün – 7 MƏSLƏHƏT

Təyyarə biletinin qiyməti bəzən təcrübəli səyahətçiləri belə qorxudur, lakin bu çamadanları boşaldıb, heç hara getməmək üçün səbəb deyil. Fins.az xarici mətbuata istinadən ucuz təyyarə biletlərinin necə alınması haqqında 7 faydalı məsləhəti diqqətinizə çatdırır.

Kəmərinizi bağlayın, uçuruq! 

1. Metaaxtarış sistemlərindən istifadə edin

Metaaxtarış sistemləri bir çox saytlar üzrə təyyarə biletləri haqqında məlumatları toplayır və sizə qiymətinə görə ən sərfəli bileti tapır. Sistem vasitəsilə siz həmin bileti asanlıqla alıb və ya bron edə bilərsiniz. Belə axtarış sistemləri arasında ən populyarı “Skyscanner”-dır, ancaq biz sizə daha opitmal variantı tapmaq üçün bir neçə metaaxtarış sistemindən paralel istifadə etməyi tövsiyyə edirik

2. Ucuş biletinizi öncədən alın

Bir qayda olaraq təyyarə biletinizi ucuşunuzdan 2 ay qabaq alsanız (imkan olsa hətta 1 il öncədən) bu sizə daha ucuz başa gələcək. Eyni zamanda uçuşa nəzərdə tutulmuş bütün biletlər satılmadığı təqdirdə aviaşirkət həmin biletlər üçün müxtəlif endirim və bu kimi aksiyalar həyata keçirir. Digər tərəfdən heç kəs belə bir aksiyanın olacağına zəmanət vermədiyi üçün bu variant daha çox dəlisov adamlara uyğundur.

Bundan əlavə bileti çərşənbə axşamı, çərşənbə və cümə axşamına almağınızı məsləhət görürük. Heç bir halda şənbə və bazar və ya digər bayram günlərinə bilet almayın. Səhər və axşam uçuşları daha ucuz olurlar.

3. Bilet alanda hər 2 istiqaməti (gediş-gəliş) alın

Nə qədər qəribə də olsa bəzi hallarda “gediş-gəliş” biletinin qiyməti təkcə “gediş” biletinin qiymətindən ucuz olur. Bəziləri hətta bilərəkdən gediş-gəliş biletini alır, ikincisini sonra tullayırlar. Lakin bu kimi hallar kifayət qədər nadir baş verir, əsas da əgər söhbət uzun uçuş məsafəsindən gedirsə.

İstənilən halda ABŞ və digər ölkələr istiqamətində bileti gediş-gəliş formasında alsanız bu sizə daha ucuz başa gələcək.  

4. Çevik olun, müxtəlif variantlara uyğunlaşmağı bacarın

Uçuş biletinin qiyməti uçuş tarixi və hava limanı daxil olmaqla bir çox faktorlardan asılıdır. Əgər bir tarixlə hüdudlanmamısınızsa mütləq yaxın günlərə (tarixlərə) uçuş biletlərinin qiymətini gözdən keçirin. Eynən bu sxem hava limanlarında da keçərlidir. Buna görə də daha ucuz bileti tapmaq üçün paytaxt hava limanına yox, onun yanındakı şəhərin hava limanına olan uçuşu götürmək olar.

Qənaət etməyin daha bir yolu səyahətinizi 2 hissəyə bölməkdir: beynəlxalq və ölkədaxili sonra xərclərinizi buna uyğun hesablaya bilərsiniz. Səyahət edəcəyiniz ölkənin hava limanı olan istənilən bir şəhərinə ucuz bilet alın, ölkəyə çatandan sonra isə səyahətinizi qatar, avtobus və ya avtostopla davam edə bilərsin

5. Məlumat bülletenlərinə abunə olun

Yaxın zamanda heç hara uçmaq planınız yoxdursa belə aviaşirkətlərin və onlarla əməkdaşlıq edən səyahət saytlarının məlumat bülletenlərinə abunə olun. Bunu etməklə siz müxtəlif endirim aksiyaları, kampaniyalar, xüsusi təkliflər haqqında birinci məlumat əldə edəcək və mövcud ucuz bileti alıb, ya da onu bron edə biləcəksiniz.

Digər tərəfdən unutmayın ki, bəzən aviaşirkətlər müştərilərini bu kimi məlumat mübadiləsində alda da bilər. Aviaşirkət bu və ya digər istiqamət üçün biletin mövcud qiymətini endirim adı ilə müştəriyə göndərir. Buna görə də istənilən halda bileti almamışdan öncə mütləq onu qiymətini və alternativ variantları bir neçə dəfə yoxlayın. 

6. Bileti gizlin rejimdə alın

Daha ucuz qiymətə uçuş bileti almaq üçün biz saatlarca müxtəlif aviaşirkətlərin veb-saytlarının təkliflərini incələyirik. Bu zaman sistem bizim addımlarımızı analiz edib, girdiyimiz veb-saytların tarixçəsini yadda saxlayaraq, hissə-hissə qiyməti artıra bilər. Eyni zamanda aviabilet veb-saytları sizin girdiyiniz ölkə və orada mövcud ümumi qiymətlər haqqında da sizin xəbəriniz olmadan məlumat toplaya bilər. Düzdü bunu heç də bütün veb-saytlar etmir, lakin hər ehtimala qarşı aviabilet veb-saytı üzrə bileti brazuerinizin “gizli rejim” funskiyasını yandıraraq alın.

“İki gün qaldı!”, “Bu gün ən ucuz qiymət təqdim olunub!” və s. bu kimi rəngarəng reklam panellərinə də diqqət etməyin. Onların əksəriyyəti yalançı məlumatlardır.

7. Loukoster və çarter ucuşlarına diqqət edin

Bir qayda olaraq loukoster aviaşirkətləri ucuz uçuş biletləri təqdim edirlər. Ancaq unutmayın ki, laoukosterlərin ucuz bilet qiymətində ənənəvi sərnişin xidmətləri nəzərdə tutulmayıb.

Eyni zamanda çarter uçuşları üçün də ucuz biletlər tapa bilərsiniz. Əgər turizm şirkəti öz turu üçün təyyarə icarəyə götürüb, lakin bütün yerləri satmayıbsa o, boş biletləri əlavə olaraq, daha ucuz qiymətə satışa çıxacaracaq. Lakin belə super endirimlər uçuşa faktiki 48 saat qalanda baş verir və çarterlər əsasən populyar turistik istqamətlər üzrə uçuşlar həyata keçirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır