Budapeştdə ən sərfəli hostellər – SİYAHI-QİYMƏTLƏR
10 OKTYABR

Budapeştdə ən sərfəli hostellər – SİYAHI-QİYMƏTLƏR

Macarıstanın «Wizzair» şirkəti Azərbaycandan uçuşlara başlayandan sonra Avropaya üz tutan həmyerlilərimizin əksəriyyəti Budapeştdən keçməli olur. Nisbətən ucuz qiymətlər və birbaşa uçuşun rahatlığı turistləri bu şəhərə cəlb edir. Nəticədə hazırda Budapeşt Azərbaycan turistlərinin ən çox ziyarət etdiyi məkanlardandır. 

Hətta Avropanın başqa ərazilərinə səfər edən turistlər də bir neçə gün burada qalaraq Budapeştin gözəlliklərinə valeh olurlar. Səyahət edənlərin bir hissəsi gənclər olduğundan onlar Budapeştdə hostellərdə qalmağa üstünlük verirlər.
Bütün bunları nəzərə alaraq fins.az Budapeştdəki hostellərin qiymətlərini təqdim edir. Xatırladaq ki, Macarıstanın paytaxtında 337 otel, 184 mini otel, 2880 restoran 1156 əyləncə mərkəzi və yüzlərlə hostel var.

“Spaghetti Hostel Jokai”
Hostel şəhər Ferença Lista hava limanından 17 kilometr məsafədə yerləşir. Terezvaruş adlanan şəhərin bu hissəsi gecə həyatı və spa mərkəzləri ilə tanınır. 14 nömrəli hostelin mətbəxi və sanitar qovşağı ümumidir. Hosteldə pulsuz wife var. Burada gecələmə adambaşına 6 dollar və ya 9,68 manatdır.
Göstərilən məbləğə 15 faiz əlavə dəyər vergisi və 2 avro şəhər vergisi daxildir. Avtomobil dayanacağından istifadə 1 saatı üçün 1,5 avrodur.

“Sleepover City Center Hostel”
Şəhərin Yojefaroş hissəsində yerləşən bu hostel tarixi abidələri sevənlər üçün əsl cənətdir. 4 nömrəli hostelin sanitar qovşağı və mətbəxi ümumidir. Müştərilərə pulsuz wifi təklif olunur. Hostelin otaqları daim təmizlənir, siqaret çəkənlər üçün isə ayrıca otaqlar təqdim olunur. Belə otaqlarda qiymətlər eynidir. Hosteldə 1 gecə adambaşına gecələmək 7 dollar və ya 11,29 manatdır. Avtodayanacaqdan istifadə bir gün üçün 15 avro təşkil edir.

«Your Mom's Hostel»
Cəlbedici adı olan hostel şəhərin mərkəzində hava limanından 17 kilometr məsafədə yerləşir. Hər gecə şəhər klublarına tur təşkil olunur. 13 nömrəli hosteldə sanitar qovşağı və mətbəx ümumidir. Wifi pulsuzdur. Hoteldə qiymətlər müştərini hansı otaqda qalmasından asılı olaraq dəyişir. Belə ki, 2 nəfərlik otaqda 6 gecə qalmaq üçün adambaşına 40 dollar – 64,55 manat tələb olunur.
12 nəfərlik otaq adambaşına 6 gecə qalmaq 36 dollar - 58 manat. Bir nəfərlik otaqda 6 gecə qalmaq isə 46 dollardır.

«CoolTour Hostel»
Hostel Deák Ferenc metro stansiyasından 100 metr aralıda yerləşir. Cəmi 3 otağı olan hosteldə sanitar qovşağı ümumidir. Pulsuz wife və yüklərin saxlanılması üçün ayrıca saxlanc yeri var. 12 nəfərlik otaqda 1 gecə qalmaq adambaşına 6,50 dollar və ya 10,48 manatdır. 10 nəfərlik otaqda1 gecə qalmaq adambaşına 7,33 dollar və ya 11,82 manatdır. Hostelin personalı 4 dildə danışa bilir.

«Frankys Hostel»
Hostel şəhərin Yerjabetvaroş hissəsində yerləşir bu sahədə siz çoxlu restoranlar əyləncə mərkəzlərini gəzə bilərsiz. Hostelin ərazisində pulsuz wife var. Qonaqların istifadəsi üçün pulsuz kompyuter də təklif olunur. Həmçinin pulsuz fen verilir. Amma paltar yuyan maşından istifadə görə əlavə ödəniş etmək lazımdır. Hostel 4 nömrəlidir - 1 nəfərlik gecələmək adambaşına 8 dollar və ya 12,91 manatdır.

«2Night Hostel»
Əsl əylənmək istəyənlərin məkanıdır. Hostelin özünün gecə klubu var və qonaqlar bura pulsuz daxil ola bilərlər. Hosteldə wifi da pulsuzdur. 13 nömrədən ibarət olan hosteldə 1 nəfərlik 1 gecə adambaşına 7 dollar və ya 11,29 manatdır.

Ailəvi hostellər

«Krudy12 Hostel»
Şəhərin Peşt adlanan hissəsində, Macar Milli muzeyindən 600 metr məsafədə yerləşən hostel 2013-cü ildən fəaliyyət göstərir. Hostel 3 nömrəlidir, hər nömrədə vanna otağı var. Həmçinin pulsuz wifi xidmət göstərir. Ailəvi qonaqlar da uşaq üçün ayrıca çarpayı və iki nəfərlik böyük çarpayı təklif olunur. Burada 3 nəfrəlik ailənin bir gecəlik qalması 28 dollar və ya 45 manata başa gəlir. Hosteldə istənilən yaş uşaqla qalmaq olar.

«Absolut City Hostel»
Hostel Budapeştin mərkəzində, Deák Ferenc tér metro stansiyasından 200 metr aralıda yerləşir. Hosteldə pulsuz wife var. Hostuldə mətbəx və hamam otağı ümumidir. Dəsmallar isə əlavə ödənişlə təqdim olunur. İstəyənlər hostelin mətbəxində özü üçün yemək də hazırlaya bilər. 4 nəfərlik ailə üçün otağın gecəsi 49 dollar (təqribən 79 manat) təşkil edir. Qeyd edək ki, bu qiymətə 14 faiz əlavə dəyər vergisi və 4 faizlik şəhər vergisi daxildir.

«Alice Hostel»
Hostel şəhərin Yojefaroş adlanan hissəsində, «Hostel Keleti» dəmiryolu vağzalından 300 metr məsafədə yerləşir. Ümümi sanuzil qovşağı var. Hosteldə pulsuz wife və pulsuz çay-kofe verilir. Hostel 2013 cü ildən fəaliyyət göstərir və 5 nömrəlidir. 4 nəfərlik ailənin 1 gecə qalması 45 dollar və ya 72,62 manatdır.
Bu qiymətə şəhər vergisi və əlavə dəyər vergisi daxildir. Qeyd edək ki,hosteldə 3 yaşa qədər olan uşaqların qalması pulsuzdur. Bu yaşda uşaqlara pulsuz çarpayıda təqdim olunur. Amma 3 yaşdan yuxarı uşaqlar üçün əlavə çarpayıya görə 12 avro alınır. Ev heyvanlarına icazə verilir.

«Mandarin»
Hostel şəhərin mərkəzində, Yozeferaş adlı ərazidə, Korven metro stansiyasının yaxınlığında yerləşir. Şəhərin bu hissəsi tarixi abidələri ilə tanınır. Hosteldə əyləncə növü kimi stolüstü tennis oyanaya, həyətdə kabab da bişirə bilərsiz, bunun üçün lazım olan avadanlıqlar pulsuz verilir. Hostel 4 nömrəlidir.
4 nəfərlik ailə 1 gecə qalmaq üçün 36 dollar və ya 58 manat ödəməlidir. Burada istənilən yaşda uşaqla qalmaq olar. Uşaqlar üçün əlavə çarpayının sifariş olunması hər gecəyə 7 avrodur. Qonaqlar isə pulsuz kompüterlərdən istifadə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır