XƏBƏR

Dünyanın ən gözəl bazarları – SİYAHI-FOTOLAR
14 OKTYABR

Dünyanın ən gözəl bazarları – SİYAHI-FOTOLAR

Qurmanlar üçün görməli yerlər

Bazarlar artıq çoxdan dadlı yemək həvəskarları və sadəcə səyahətçilərindən ibarət böyük kütlələrin axışdığı turistik məkanlara çevriliblər. Bundan əlavə, məhz burada şəhərin ruhunu, onun enerjisini hiss etmək, insanlarla söhbətləşmək və ən nəhayət, yerli delikatesləri əldə etmək mümkündür. seyyah.az dünyanın ən rəngli bazarlarının siyahısını təqdim edir.

1. Şilin, Taybey, Çin
Səliqəli Avropa şəhərlərindənsə, Asiya səs-küyünə üstünlük verən ekzotika həvəskarları mütləq Taybeydəki (Tayvan) Şilin gecə bazarına getməlidirlər. Tabaq və çadırlarla dolu olan uzun küçə ziyarətçilərə ağlasığmaz attraksionlar, azart oyunları və yeni yeməklər təklif edir. Ancaq məsələ burasındadır ki, gündüz vaxtı bu rəngli görüntüdən heç nə qalmır. Sanki illüzionçunun sehrli əlləri ilə gecə vaxtı bu məkan turistlərə inanılmaz aktivlik və yerli koloriti doyunca hiss etməyi təklif edir.

Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları

Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları
2. Bokeriya, Barselona, İspaniya
"Bokeriya bazarına getmədən Barselonanı tərk etməyin!" - təcrübəli səyahətçilərin bu məsləhətinə mütləq qulaq asmaq lazımdır. Çünki tarixi 1217-ci ildən başlayan Bokeriya bazarı şəhərin ən tarixi görməli yerlərindəndir. Tərəvəz və meyvələrdən rəngli piramidalar, dəniz və xəmir məhsulları ziyarətçilərin diqqətini cəlb edir, dükanların irsi sahibləri isə sanki təntənəli ritual yerinə yetirərək, alıcılara xidmət edirlər.

Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları

3. Damnoen Saduak, Tayland
Bu üzən bazar Taylandda ən populyar bazardır. Hər şeylə dolu olan 50 qayıq alıcıya daha tez çatmaq və öz məhsulunu təklif etmək üçün öz sanki yarışırlar. Qayıqlara qrildə krevetkalar qızardılır, onunla birlikdə isə yerli satıcılar düyü təklif edirlər, bu yeməklərin ətirlərindən baş gicəllənir, suvenirlər istəyinizdən asılı olmayaraq, sizin alacağınız şeylərin siyahısına daxil olur. Bu baş gicəlləndirən mənzərəyə sonsuz olaraq tamaşa etmək olar, odur ki, Taylandda olsanız, bura mütləq gəlin!

Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları

Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları

4. Portobello, London, İngiltərə
Portobello-roud - heç bazar da deyil, bu, Avropadakı ən uzun ticarət küçəsidir. Portobello bazarı əntiq əşya, suvenir, aksessuar həvəskarları üçün əsl cənnətdir. Burada siz axtardığınızdan daha çox şey tapacaqsınız. Məhsullar dəyişir, ancaq bu rayonda hakim olan canlanma dəyişməz olaraq qalır. Buradakı döyüşkən satıcılar barədə isə ayrıca danışmaq lazımdır. Onlar bir dəqiqə ərzində sizə geyiminizin heç nəyə yaramadığını sübut edəcək, alternativ təklif edəcəklər, köhnə qarderob isə zibil qabına göndəriləcək. Ardı-arası kəsilməyən səs-küy sizi yorarsa, siz çoxsaylı kafe və restoranlarda gizlənə bilərsiniz.

Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları

Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları

5. Payk-Pleys-market, Sietl, ABŞ
Bu bazar Sietlın ən maraqlı görməli yerlərindən biridir. Burada siz təkcə hər şey satan satıcıları deyil, həm də çoxlu sayda musiqiçilər, rəssamlar və hətta klounlar görəcəksiniz.

Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları

Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları
6. Qrand Bazar, İstanbul, Türkiyə
"Kapalı çarşı" bazarında əsl şərq bolluğu hakimdir. Qızıl, gümüş, mirvari, xəz, ipək şərflər və yun xalçalar, bal, meyvələr və şirniyyatlar... Qrand Bazar dünyada ən çox adam toplaşan yerlərdən biridir. 2013-cü ildə burada 91 milyon turist olub.

Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları
Dünyanın ən gözəl bazarları

 Mənbə: Seyyah.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI