Dünyanın yeni möcüzəsi – DİBSİZ GÖL
14 OKTYABR

Dünyanın yeni möcüzəsi – DİBSİZ GÖL

Kabarda-Balkar Respublikası ərazisində dibsiz göl aşkarlanıb.
Rusiyada, Kabarda-Balkar Respublikası ərazisindəki ən dərin göllərdən biri olan "Mavi göl" adlanan yerdə aparılan araşdırmalar zamanı alimlər sirrli mağaraya rast gəliblər.
Sentyabr ayında tədqiqatçılar bu gölün 275 metr dərinliyinə dalıblar. Bundan sonrakı dərinliyi tədqiq etmək üçün ora robot göndərmək qərarına gəliblər. Teleidarəolunan dərin sulara dalan robot daha 279 metr irəliləyə bilib və dalmağı davam etdirib. Alimlər hələ də bilmirlər ki, Mavi gölün dibindəki mağaradan hansı informasiyaları əldə edə biləcəklər. Həmin mağaranın görünən göstəricilərini tədqiq etmək mümkün olsa da, onun dibinə çatmaq mümkün olmayıb. Alimlər bu gölün dibsiz olmasından şübhələnirlər. Onlar üçün maraqlıdır ki, gölün dibindəki mağara harada sona çatır.
Mənbə: Sputnik
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır