Azərbaycan İranda beşulduzlu otel tikəcək
20 OKTYABR

Azərbaycan İranda beşulduzlu otel tikəcək

İran Azərbaycana Ərdəbil vilayətində beşulduzlu otel tikməyi təklif edir.

Bu barədə jurnalistlərə Bakıda səfərdə olan Ərdəbil valisi Məcid Xudabəxş deyib: "İl ərzində bizim vilayətə 4-5 milyon insan gəlir. Hər gün Azərbaycandan Ərdəbilə təxminən 500 nəfər səyahət edir. Bizim 12 min yerlik dördulduzlu otelimiz var, ancaq biz Azərbaycan tərəfinə təklif edirik ki, beşulduzlu otel tiksinlər".

Onun sözlərinə görə, Azərbaycan hökuməti təkliflə əlaqədar iş adamlarını Ərdəbilə göndərməyi vəd edib.

Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır