Çimərliklərlə bağlı yeni qaydalar qüvvəyə minib
13 İYUL
636

Çimərliklərlə bağlı yeni qaydalar qüvvəyə minib

Azərbaycan prezidenti İlham Əliyev Torpaq Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Turizm.fins.az-ın məlumatına görə, Məcəllənin 46-cı maddəsinin 2-1-ci hissəsinin yeddinci cümləsində “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, bu maddənin ikinci cümləsinə uyğun olaraq” sözləri “İctimai çimərliklərdə (müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən yaradılan və ya bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə icarəyə verilən, gediş-gəlişi məhdudlaşdırılmayan çimərlik)” sözləri ilə əvəz edilib.

Məcəllənin 46-cı maddəsinə təklif edilən dəyişikliklərə əsasən, ictimai çimərliklərlə bağlı tələblər müəyyənləşib. Belə ki, ictimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır