Bu ölkədən Azərbaycana 50 minə yaxın turistin gəlməsi gözlənilir
09 FEVRAL
759

Bu ölkədən Azərbaycana 50 minə yaxın turistin gəlməsi gözlənilir

Bu il İsraildən Azərbaycana 50 minə yaxın turistin gəlməsi gözlənilir.

Bu barədə Milli Turizm Təbliğat Bürosunun meneceri Kənan Quluzadə açıqlamasında deyib. O bildirib ki, son vaxtlar bir çox ölkələrin aviaşirkətlərində fəallıq nümayiş olunur. Bu ölkələrə Çin, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və digər ölkələr daxildir. 2017-ci ildən İsrail Hava Yolları ilə Azərbaycana 15 min turist səfər edib. Bu il bu rəqəmin 3 dəfədən çox artacağı gözlənilir.

 

© Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır