Bakı-Naxçıvan aviareysi ləngiyir
26 NOYABR
139

Bakı-Naxçıvan aviareysi ləngiyir

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Naxçıvan reysi ləngiyir.

Şirkətdən bildirilib ki, bu, Naxçıvandakı qatı dumanla əlaqədardır.

Qeyd olunur ki, Naxçıvan hava limanı hələlik uçuşları qəbul edə bilmir.

Bakı-Naxçıvan təyyarəsi səhər saat 08:00-da paytaxtdan havaya qalxmalı, 09:30-da Naxçıvanda yerə enməli idi.

Hava şəraiti yaxşılaşan kimi uçuş həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır