Khazar travel nəqliyyat üzrə menecer axtarır- VAKANSİYA
11 OKTYABR
772

Khazar travel nəqliyyat üzrə menecer axtarır- VAKANSİYA

Khazara Travel turizm şirkəti nəqliyyat üzrə menecer vəzifəsinə işçi axtarır.

Namizədlərə olan tələblər:

 

- Ali təhsilli

-  Azərbaycan, Rus dillərini bilməli. Digər dillər qiymətləndirilir.

- Ofis Proqramlarından mükəmməl istifadə bacarığı

- Sözü gedən sahədə ən azı 2 illik iş təcrübəsinin olması

- Məsuliyyətli və işində dəqiq

 

İş barədə məlumat:

- Avtomobil nəqliyyatının hərəkətdə olan nəqliyyat vasitələrinin lazımi vəziyyətdə saxlanılmasını, xətlərdə olan avtomobillərə texniki yardımın göstərilməsini təşkil edir

- Avtomobillərin xətlərə təsdiq olunmuş qrafikə müvafiq və saz buraxılmasını təşkil edir

- Sürüсülər tərəfindən avtonəqliyyatın hərəkətdə olan hissələrinin texniki istismar qaydalarına uyğun istismar olunmasına nəzarəti həyata keçirir

- Boşdayanmaların, avtomobillərin texniki nasazlığa görə xətlərdən vaxtından əvvəl qayıtmalarının qarşısını ala biləcək tədbirləri işləyib hazırlayır və həyata keçirir, yol-nəqliyyat hadisələrinin və yol-hərəkət qaydalarının pozulması səbəblərini təhlil edir

- İşçilər tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası, əmək və istehsalat intizamı, istehsalat sanitariyası və yanğından mühafizənin, daxili əmək nizam-intizam qaydalarına və normalarına riayət edilməsinə nəzarət edir

- İşlərində fərqlənən işçilərin mükafatlandırılması və ya tənbeh edilməsi, zəruri hallarda isə tutulmalar edilməsi üçün təkliflər verir

- Əmək haqqı 500 АZN

- İş qrafiki – həftədə 6 gün, saat 10:00-dan 18:00-dək. Şənbə günü: 10:00-17:00

- İstirahət günü: Bazar günü

Vakansiya ilə maraqlananlar şəkilli CV-lərini [email protected] elektron ünvana göndərməyiniz xahiş olunur. Göstərilən tələblərə cavab verməyən şəxslərin CV formalarına baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Əlaqə npmrəsi  055 414 88 35

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır