Holidays Tour işçi axtarır - VAKANSİYA
10 NOYABR
366

Holidays Tour işçi axtarır - VAKANSİYA

Holidays Tour turizm şirkəti daxili və xarici turların təşkili üzrə menecer axtarır.

İş barədə məlumat

– Daxili və ya xarici turların təşkili
– Xarici və ya daxili partnyorlar ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq
– Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması
– Otellərin və digər turizm xidmətlərinin bronlaşdırılması
– Sığorta yazılması
– Mövsümə uyğun turların hazırlanması
– Müştərilərə viza dəstəyi xidmətinin göstərilməsi
– İş qrafiki: Həftə içi: 10:00-dan 19:00-dək, Şənbə günü: 10:00-dan 18:00-dək
– İstirahət günü: Bazar Günü

Namizədə tələblər

– Yalnız xanımlar
– Tur menecer kimi turizm sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq
– Amadeus və İATİ proqramlarının biliyi
– Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dilini bilənlərə üstünlük verilir)
– Kompüter proqramlarında işləmək bacarığına malik olmaq (MS Office, Internet, e-mail və s.)
– Səlis və işgüzar danışıq bacarığına malik olmaq
– Yüksək ünsiyyət qurma bacarığına malik olmaq
– Məsuliyyətli və diqqətli olmaq

Şəkilli CV-lərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır