eVİSA Azerbaijan şirkəti işçi axtarır – TƏCRÜBƏ tələb olunmur
27 MART
708

eVİSA Azerbaijan şirkəti işçi axtarır – TƏCRÜBƏ tələb olunmur

Bildiyiniz kimi eVISA Azerbaijan layihəsi 2015-ci ildən bu günə qədər minlərlə xarici turistə Azərbaycana səyahət etməsi üçün elektron viza rəsmiləşdirilməsi xidməti göstərmişdir. İndi bu işdə bizə yardımçı ola biləcək mehriban, savadlı, bacarıqlı, işində sürətli bir komanda yoldaşı axtarırıq. Vəzifə: Əməliyyatçı Öhdəliklər: Online çatda turistin suallarına cavabın verilməsi, Viza müraciətlərindən turistlərin məlumatlarının düzgünlüyünün yoxlanılması, vizaya müraciət edilməsi, vizanın turistə göndərilməsi. Tələblər: - Əla səviyyədə ( heç olmasa IELTS overall 6.5 səviyyəsində) İngilis dilini bilməsi vacibdir. İngilisdən əlavə bir dil vacib olmasa da əlavə olaraq Rus dilini bilənlərə üstünlük veriləcək. - İntizamlı. - Gərgin iş şəraitində dəqiqliyini itirməyən. - Ali məktəb məzunu. İş saatları: Həftə içi (10:00-19:00), Şənbə günü (10:00-14:00). Təcrübə: Ehtiyac yoxdur. Özümüz öyrədirik. Maaş: 600 AZN + bonus.

Qoşulmaq istəyən şəxslər CV-ni [email protected] email-nə göndərmələri xahiş olunur. Email başlığında "eVisa Azerbaijan" yazmağı da unutmayın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır