Fairmont Baku işçi axtarır - VAKANSİYA
17 MAY
1840

Fairmont Baku işçi axtarır - VAKANSİYA

İşə götürən: Fairmont Baku

Bölmə: Mailiyyə

Şöbə: Mühasibatlıq
Vəzifə: Gəlir üzrə Auditor
Kimə məruzə edir: Maliyyə Departamentinin Direktoru

ƏMƏK FUNKSİYALARI:

Gəlir üzrə Auditor Otelin gəlir və gecə auditi ilə bağlı hesabatlarını yoxlamalı, təsdiqləməli və bütün sənədlərin qaydasında olmasını təmin etməlidir.

• Kollektiv daxili münasibətlərdə sakit və təmkinli qalmaq şərtilə dəyişən mühit çərçivəsində çoxsaylı tapşırıqları icra edə bilmək qabiliyyətinə malik olmaq. 
• Mühasibatlıq ilə bağlı fərqli işlərdə kömək etmək üçün kifayət qədər təcrübəsi və həvəsi olmaq.
• Daxili Audit ilə bağlı işlərin icra edilməsini, bununla bağlı müvafiq prosedurları izləmək.  
• Təhlükəsiz, tədbirli və sistemli şəkildə işləməyi bacarmaq.
• Banketlərlə bağlı şöbənin gəlir hesabatlarının qaydasında olmasını yoxlamaq və  çatışmamazlıqları izləmək.
• Mədaxil Kitabında qeyd edildiyi kimi, gündəlik şəkildə bütün gəlir mərkəzlərini təsdiqləmək/qaydasına qoymaq.
• Güzəştləri, ödəmələri, fərqli tip xərcləmələri, işçi heyətinin xərclərini izləmək, balanslaşdırmaq və Əmlak İdarəetmə Sisteminə qeyd etmək.
• İnzibati-Təsərrüfat xidmətləri ilə bağlı hesablardakı uyğunsuzluqlara nəzarət etmək.  
• Güzəştlərin, ödəmələrin və digər prosedurların məbləğini izləməklə, hər şeyin sənəd əsasında olmasını yoxlamaq.
• Daxili inzibatı idarədəki telefon məsrəflərinə nəzarət etmək.
• Qida və İaşə sahəsindəki boşluqları izləmək və alınan məlumatları analiz etmək. 
• Qonaqların telefon xidmətləri ilə bağlı xidmət xərclərini telefon poçt xidməti ilə razılaşdırılmış şəkildə balansını hazırlamaq.
• Banket tədbirlərinin orderləri ilə gələn bütün qonaqların uyğunluğunu yoxlamaq.  
• Qida və İaşə xidmətləri ilə bağlı gecə audit balansını Qida və İaşə Xidmətləri ilə bağlı satış sistemi ilə müqayisədə yoxlamaq. 
• Camaşırxana, telefon xidmətləri, filmlər, qaraj xidmətləri ilə bağlı fərqli tip xərclərə nəzarət etmək.
• Qonaqlarla bağlı mühasibat kitabını, mədaxil hesablarını və avans depozitlərini müvafiq qaydada saxlamaq. Gəlir üzrə Auditor gündəlik gəlir barədə qeydiyyat aparmalı və hesabat hazırlamalıdır. 
• Otelin gündəlik Gəlir Hesabatını dəqiq şəkildə hazırlamaq. 
• Aşağıdakıları dəqiqliklə hazırlamaq və saxlamaq:
1. Mədaxil Kitabı: təhlükəsiz bir mühitin təmin edilməsi və balansların Mailiyyə Direktorunun Müavini tərəfindən imzalanması
2. Nəğd pul vəsaitlərinin qəbulu üzrə Kitab
3. A/R Düzəlişlər Kitabı

Eləcə də bax: Bu otel sizləri Ramazan İftar yeməyinə dəvət edir

• Mailiyyə Direktorunun Müavini tərəfindən təyin edildiyi şəkildə müəyyən balans hesabatlarının aylıq bağlanmasında və davamlı analizində köməklik göstərmək.
• Bütün xidmətlərə görə (Banket, Otaqlara Xidmət, və s.) ödəmələrin vaxtında həyata keçirildiyini yoxlamaq.
• Qonaqlarla bağlı fərqli xərclərin qaimələrini yoxlamaq və xərclərin lazımi qaydada qarşılanmasından əmin olmaq.
• Banket və restoran çeklərinin davamlı nəzarətini təmin etmək.
• Audit İşlərinin bütün sahələr üzrə qaydasında davam etməsini təmin etmək. 
• AccorHotels şirkətinin yüksək standartlarını əks etdirmək üçün hər zaman peşəkarcasına davranmaq və həmkarları eyni cür davranmağa ruhlandırmaq. 
• Mailiyyə Direktoru və onun Müavini tərəfindən təyin edilmiş əlavə vəzifələrin icrasında, həmçinin Əməliyyatlarla bağlı İnventarın qəbulunda  və Qonaqlar üçün Təhlükəsiz Depozit Qutularının auditində  iştirak etmək.

VƏZİFƏ İXTİSASLARI:

• Windows, Microsoft Excel və Microsoft kompyüter proqramlarını bilmək.
• Azərbaycan və ingilis dilərində (yazılı, şifahi) əla ünsiyyət qabiliyyəti olmaq, rus dilində yaxşı ünsiyyət etmək 
• PMS Sistemi ilə iş təcrübəsi olmaq.
• Gecə Audit/Rezervasiya/Mühasibatlıq təcrübəsinin olmasına üstünlük verilir. 
• Ədəbli, diplomatik, etibarlı bir insan olmaq.
• Mükəmməl ünsiyyət qurmaq və ətrafdakılarla münasibət münasibət yarada bilmək, sərbəst işləyə bilmək və işləri vaxtında icra etmək, ehtiyac olduqda mühasibatlıq bölməsinin digər işçilərinə işlərində köməklik göstərmək, həmkarlarımıza mükəmməl xidmət göstərmək.

Namizədlərdən öz CV-lərini  [email protected]  elektron ünvanına göndərmələri xahiş olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır