"Şamaxı Palas Şərədil" işçi axtarır - VAKANSİYA
07 İYUN
2665

"Şamaxı Palas Şərədil" işçi axtarır - VAKANSİYA

Şamaxı Palas Şərədil ofisiant vəzifəsi üçün işçi qəbulu elan edir

Vəzifə: Ofisiant

Şöbə: İaşə
 
Tabeçilik:  Baş ofisiant / Qrup rəhbəri / Menecer

İşin məzmunu: Bu vəzifədə işləyən şəxs öz iş növbəsi vaxtı restoran ziyarətçilərinə yemək və içkilərin nəzakətlə, peşəkarcasına, Oteldə qəbul edilmiş xidmət standartlarına uyğun tərzdə təqdim edilməsi üçün məsuliyyət daşıyır.

Əmək funksiyası

 Restoranın daxili məkanının təmiz, səliqəli saxlanması.
 Bütün yemək və içki sifarişlərini səliqəli şəkildə qeyd edilməsi, nəzərdən keçirilməsi və qəbul edilməsi.  
 Restoran ziyarətçilərinin sifarişlərinin cəld, nəzakətlə və xidmət ardıcıllığı standartına görə yerinə yetirilməsi.
 Ziyarətçilərin gəlməsindən öncə masaların restoran standartlarına görə yerləşdirilməsi.
 Restoranın girişində reklam edilən günün xüsusi yeməklərinin ziyarətçilərə təklif       edilməsi və zəif satılan malların satışının artırılması. Menyudakı bütün yemək və içkilərə aid dərin biliklərə sahib olmaq, bu yemək və içkilərin kombinasiyalarını təklif edə bilmək və alternativ yemək və içkilər təklif etmək.
 İşə aid vəzifələrin siyahısında göstərilmiş bütün əlavə tapşırıqların yerinə yetirilməsi və restoranın açılmasından və bağlanmasından qabaq bütün əlavə işləri bitirmək.
 Menyuda göstərilən bütün yemək və içkilərin tərkib hissələri haqqında biliklərə sahib olmaq.
 Nağd pulla əlaqədar tətbiq edilən bütün proseduralara əməl etmək və ziyarətçilərin bütün sifarişlərini yemək və ya içki gətirilməmiş  MİCROS sistemi vasitəsiylə daxil etmək.
 Restoran məkanında ziyarətçilərin az olduğu vaxtlarda boş masaların hazırlanmasına yardım etmək, masaları təmizləmək gümüş, çini və şüşə qab – qacaqları  sürtüb təmizləmək, salfetləri səliqəli şəkildə büküb qoymaq.. 
 Mehmanxananın təmizlik və geyim standartlarına əməl etmək.
 Ziyarətçilərin mehmanxana, daxili istehsal imkanları və qurğular, mehmanxananın yerləşdiyi əraziyə aid suallarına cavab verə bilmək üçün bu sahələrə aid məlumatları öyrənmək.
 Lazımi gəldikdə iş yoldaşlarına yardım edərək və onlarla əməkdaşlıq edərək kollektiv işə hazır olduğunu nümayiş etdirmək.
 Tələb edilərsə şirkətin fəaliyyətində və toplantılarında iştirak edir.
 Qonaqlarla ünsiyyətdə olur, ictimai fəaliyyətlərdə iştirak edir.

Namizədə tələblər:

 Minimum 1 il İaşə şöbəsində təcrübəyə malik olmaq
 Mehmanxana sahəsində təcrübəyə malik olanlara üstünlük veriləcək
 İngilis və ya Rus dillərindən birində  sərbəst danışmaq
 Şamaxıda işləmək imkanı

Şirkət tərəfindən təqdim olunur:

 Bakı-Şamaxı-Bakı arasında istirahət günlərində daşınma
 İşçi yataqxanasında yaşamaq üçün yerlə təminat
 Gündə 3 dəfə olmaqla yeməklə təminat
 Mövsüm ərzində həftədə 6, qeyri-mövsüm ərzində həftədə 5 günlük iş cədvəli
 Əmək haqqı: 400-500

Yalnız şəkilli CV nümunələrinə baxılacaq: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır