"Şamaxı Palas Şərədil" işçi axtarır - VAKANSİYA
31 İYUL
627

"Şamaxı Palas Şərədil" işçi axtarır - VAKANSİYA

Şamaxı Palas Şərədil “Qida və İçkilər üzrə nəzarətçi” vəzifəsi üçün işçi qəbulu elan edir.

Vəzifə : Qida və İçkilər üzrə nəzarətçi (Supervisor)

Şöbə : İaşə
 
Tabeçilik:  Restoran Meneceri

İşin məzmunu: 

Mənfəəti optimallaşdırmaq və satışları artırmaqla, İaşə Şöbəsi daxilində xüsusi qastronomiyaların (qastronomiyanın) bütün iş fəaliyyətlərinə, o cümlədən əməkdaşların inkişaf etdirilməsi və fəaliyyətinə nəzarət edir. Proseduraların icra olunmasına və İaşə Şöbəsinin Fəaliyyət Planında göstərildiyi kimi Qida və İçki amillərinə xüsusi diqqət verildiyini təmin edən bütün iş məsələlərinə nəzarət edir. Şöbə müdiri / Əməliyyat üzrə Menecer olmadıqda işin icrasında tam məsuliyyət daşıyır.

Eləcə də bax: Daimi yaşamaq icazəsi almaq və vizasız rejimdə Kanadaya girib çıxmaq asanlaşdı - SƏRBƏST İŞÇİ PROQRAMI

Əmək funksiyası

 Ofisiant heyətinə aydın və başa düşülən iş istiqaməti verməklə, qonaqlara keyfiyyətli xidmət göstərilməsini təmin etmək; 
 Xidmət müddətində işin gedişatının səmərəliliyinə və xidmətlərin ardıcıllığına nəzarət etmək və davamlı praktiki dəstəyi göstərmək  
 “Yeni Şamaxı Hotel company” MMC-nin Nağd Vəsaitlərlə bağlı Proseduralarının icra olunmasını təmin etmək üçün qastronomiyanın nağd vəsaitlərlə bağlı funksiyasına yaxından nəzarət etmək və yoxlamaq.
 İllik biznes planının hazırlanması ilə yanaşı İaşə şöbəsinin planlaşdırılan gəlir və xərclərini, istismar edilən avadanlıqlarını, habelə mebel, qurğular və avadanlıqlar üzrə tələblərin müəyyən edilməsi üçün illik əməliyyat büdcəsinin işlənib hazırlanmasında iştirak etmək.
 İaşə şöbəsinin müəyyən edilmiş ilkin layihəyə müvafiq olaraq effektiv şəkildə idarə edildiyini təmin etmək. 
 “Yeni Şamaxı Hotel company” MMC-nin Qonaq Məmnunluğu və Şikayətlərə Baxılma Proseduralarına uyğunluğu təmin etmək üçün qonaq məmnunluğunu yoxlamaq və onun rəy və şikayətlərinə cavab vermək.
 Hər hansı şikayət, qonaqdan mənfi rəy, məmnunluq və ya otelin fəaliyyəti ilə bağlı Şöbə müdiri / Baş Menecerinə məlumat vermək.
 Qonağın tanınmasında qonaqların məlumat bazasından istifadə etmək.
 Restoranların işi, o cümlədən Standart İş proseduralarının yenilənməsi və ya onlara hər hansı əlavələrin edilməsi və yaxud hər hansı hissələrin silinməsi ilə bağlı lazım olan təkmilləşmələrə dair Şöbə Müdiri / Baş Menecerinə təklif vermək.
 İşçilərin fəaliyyətinin qiymətləndirməsi, təlimləndirilməsi və onlara konsultasiya verilməsini mütəmadi olaraq aparmaq.

Eləcə də bax: "Fairmont Baku" işçi axtarır - VAKANSİYA

Namizədə tələblər:

 Minimum 3 il İaşə şöbəsində təcrübəyə malik olmaq
 Minimum 1 il Qida və içkilər üzrə nəzarətçi vəzifəsində təcrübəyə malik olmaq
 Mehmanxana sahəsində təcrübəyə malik olanlara üstünlük veriləcək
 İngilis və ya Rus dillərindən birində  sərbəst danışmaq
 Şamaxıda işləmək imkanı

Şirkət tərəfindən təqdim olunur:

 Bakı-Şamaxı-Bakı arasında istirahət günlərində daşınma
 İşçi yataqxanasında yaşamaq üçün yerlə təminat
 Gündə 3 dəfə olmaqla yeməklə təminat
 Mövsüm ərzində həftədə 6, qeyri-mövsüm ərzində həftədə 5 günlük iş cədvəli
 Əmək haqqı: 700 AZN

CV nümunələri “Qida və içkilər üzrə nəzarətçi” başlığı ilə qeyd olunan ünvana göndərilə bilər : [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır