Stüardessa olmaq istəyən xanımların nəzərinə - "AZAL"dan VAKANSİYA
14 SENTYABR
724

Stüardessa olmaq istəyən xanımların nəzərinə - "AZAL"dan VAKANSİYA

“Azərbaycan Hava Yolları” QSC xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir. Sənəd qəbulu 2018-ci il sentyabrın 17-dən oktyabrın 17-dək saat 10.00-dan 12.00-a kimi aparılacaq.

Namizədlər müsabiqə yolu ilə seçiləcəklər.

Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan, mütləq qaydada azərbaycan, rus və inglis dillərində sərbəst danışan xanımlar iştirak edə bilər. Digər xarici dilləri bilmək arzuolunandır.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur:

- şəxsiyyət vəsiqəsi;                   

- bir fotoşəkil (3х4);             

- xarici pasport;

- diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa).

Bütün sənədlər “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır.

Əlavə məlumat üçün “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Personalla iş üzrə Baş İdarəsinə müraciət etmək olar.

Əlaqə telefonları: 497-26-00 (daxili 24-04; 32-81; 20-74)

Eləcə də bax: "Qalaaltı Hotel & Spa" da istirahətlə bərabər müalicə alma imkanı - Həftə içi və həftə sonu QİYMƏTLƏR

Eləcə də bax: Bilgəh Kardioloji Sanatoriyasında müayinə və müalicə - 55 MANAT 

Eləcə də bax: İstanbulda Yeni ili qarşılamaq neçəyə başa gəlir - ERKƏN REZERVASİYA

Eləcə də bax: ABŞ-da Şəki məhəlləsi - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır