"AZZA Cake House" işçi axtarır - VAKANSİYA
21 NOYABR
337

"AZZA Cake House" işçi axtarır - VAKANSİYA

"AZZA Cake House" Xərclər və maya dəyər uçotu üzrə mühasib vəzifəsinə işçi axtarır 

Vəzifə öhdəlikləri:

1) Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
2) İdxal əməliyyatlarının gömrük dəyərinin müəyyən edilməsi (yük gömrük bəyannaməsi uçotu, idxal olunan malın dəyərinin hesablanması və sair);
3) Məhsulun maya dəyəri üzrə iqtisadi cəhətdən əsaslandırılmış hesabatının tərtibi;
4) Qiymət məlumat bazasının (Cost database) hazırlanması və qiymət formalaşması prosesində aktiv iştirak;
5) Aylıq və illik istehsalat nəticələrinin təhlili, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlaşdırılan istehsal normalarından kənarlaşmaların araşdırılması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi;
6) Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunun aparılması;
7) Faktiki çəkilmiş xərclərin təhlili və xərc növləri üzrə mütəmadi hesabatların hazırlanması;
8) Şirkətin daxili qaydalarına uyğun olaraq bütün departamentlərin xərclərinə nəzarət;
9) Anbar sənədlərinin işlənməsi və aparılan əməliyyatların sistemə düzgün daxil edilməsinə nəzarət;
10) Mövcud olan bütün anbarların qalıqlarının çıxarılması və mühasibat sistemində olan qalıqlarla üzləşdirilməsi;
11) Gündəlik və aylıq istehsalat, anbar hərəkəti və anbar qalığını əks etdirən hesabatların hazırlanması; 
12) Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Namizədə olan tələblər:

1) Maliyyə, vergi və  ya mühasibat uçotu sahəsində ali təhsil;
2) Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
3) Vergi Məcəlləsi, Gömrük Məcəlləsi və Beynəlxalq Mühasibat Uçotu Standardları üzrə müvafiq biliklər; 
4) Azərbaycan və rus dili bilikləri (ingilis dili bilənlərə üstünlük verilir);
5) Microsoft Ofis proqramlarında sərbəst işləmə bacarığı (Word ,Excel, Powerpoint, Outlook);
6) Məsuliyyətli, tez öyrənən, ünsiyyətcil olmaq və komandada işləmək bacarığı; 
7) Şirkət daxili digər bölmələrlə (vergi, audit, hüquq) sıx əlaqədə işləmək, qarşılıqlı yardımı təmin etmək;
8) İdarəetmə, analitik təhlil və təşkilatçılıq qabiliyyəti.

Əlavə məlumatlar:

1) Əmək haqqı müsahibə zamanı müəyyən olunur.
2) Nahar şirkət tərəfindən verilir;
3) 6 günlük iş qrafiki.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected]  elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Xərclər və maya dəyər uçotu üzrə mühasib” qeyd olunmaqla, göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır