"Fairmont Baku" işçi axtarır - VAKANSİYA
05 DEKABR
953

"Fairmont Baku" işçi axtarır - VAKANSİYA

"Fairmont Baku, Hotels & Residences" Şirniyyat üzrə aşpaz köməkçisi vəzifəsinə işçi axtarır 

ƏMƏK FUNKSİYALARI:

Şirniyyat üzrə aşpaz köməkçisi aşağıdakı öhdəliklərə görə məsuliyyət daşıyır, lakin öhdəlikləri bununla məhdudlaşmır və fəaliyyəti barədə Şirniyyat üzrə Baş Aşpaza məruzə edir:

• Şirkətin standartlarına xas bir şəkildə keyfiyyətli, sanballı və gözəl təqdim edilən qida məmulatlarını hazırlamaq. 
• Bütün instruksiya və reseptlərin müvafiq şəkildə icra edilməsindən əmin olmaq. 
• Gündəlik fəaliyyət üçün lazım olan hazır yarımfabrikat məmulatları təşkil etmək. 
• İş yerinin və avadanlıqların səliqəli və təmiz qaydada, sanitariya qaydalarına müvafiq şəkildə saxlamaq. 
• Çatışmamazlıqlar olarsa, xəbərdarlıq etmək.
• Qida təhlükəsizliyi prosedurlarına və təhlükəsiz iş mühitinin yaradılması qaydalarına  riayət etmək və digərlərini də sövq etmək. 
• Ərzaq ehtiyatlarının müvafiq şəkildə saxlanılmasını təmin etmək. 
• Davamlı şəkildə yeni qabiliyyət və bacarıqların, üsullarının öyrənilməsinə can atmaq.
• Şöbənin fəaliyətini mükəmməlləşdirmək üçün daima yeni təkliflər etmək.
• İlkin və sonrakı təlimlərdə fəal iştirak etmək. 
• Komandanın bir üzvü kimi çalışmaq və ehtiyac olduqda köməyə ehtiyacı olan əməkdaşlara dəstək olmaq.  
• Digər mümkün vəzifələr

İXTİSAS TƏLƏBLƏRİ:

• Mətbəxdə əvvəlki iş təcrübəsi olmaq. 
• İngilis, Azərbaycan və ya Türk dillərində ünsiyyət qabiliyyətinə malik olmaq. 
• Microsoft Windows kompyüter biliklərinə malik olmaq.
• Kulinariya sənətinə və Qonaqların sifarişlərinin icra edilməsində həvəsli olmaq.
• Qonaqlarla və əməkdaşlarla sıx iş münasibətləri qurmaq.

E - mail : [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır