"Pullman Hotel" işçi axtarır - VAKANSİYA
13 MART
804

"Pullman Hotel" işçi axtarır - VAKANSİYA

Badamdar zonasında yerləşən 5 ulduzlu Pullman Baku otelinin şirniyyat və içkilər mağazasına tam iş günü üçün satıcı tələb olunur.

Tələblər:

• Ali və ya orta təhsil
• Azərbaycan, rus və ingilis dil biliyi (orta səviyyədə)
• Müxtəlif ölkələrdən olan müştərilərlə işləmək bacarığı
• Satış təcrübəsi
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli
• Satış qabiliyyətli
• Məhsulları təqdim etmək bacarığı.

Əsas vəzifələr:

• Yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək
• Məhsulun demonstrasiyasını həyata keçirmək
• Müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq
• Verilən tədris materiallarını öyrənmək.

Təklifimiz:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• 400 AZN əsas maaş + satışdan bonuslar
• Əsas maaşın artımı imkanı
• Həftədə 6 iş günü, 1 gün istirahət
• İş prosesində təlimlər və professional inkişaf.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “Satıcı Pullman Hotel”  qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır