"Quba Palace Hotel" işçi axtarır - VAKANSİYA
27 MAY
447

"Quba Palace Hotel" işçi axtarır - VAKANSİYA

Quba Palace Hotel

Marketinq Meneceri

İş haqqında məlumat:

-  Marketinq strategiyalarının formalaşdırılması üçün bazar tendensiyalarını, qiymətlər cədvəllərini, rəqib məhsullarını və digər müvafiq məlumatları tədqiq və təhlil etmək
-  Cari təklifləri nəzərdən keçirmək və yeni məhsullar və ya xidmətlərə dair yeni idealar yaratmaq
-  Bütün media kanalları və satış qrupları üçün ətraflı  marketinq planları hazırlamaq və marketing komandası ilə işləmək
-  Promosyon materiallarının, veb-sayt məzmununun, reklamların və digər marketinqlə bağlı layihələrin inkişafına nəzarət etmək
-  Marketinq layihələrini həyata keçirmək üçün müxtəlif media alıcıları, reklam agentlikləri və digər xidmətlərlə ünsiyyət qurma
-  Toplanan məlumatlara və geribildirimlərə cavab olaraq marketinq kampaniyaları və strategiyalarının lazımi şəkildə tənzimlənməsi
-  Bütün marketinq və satış məlumatlarının izlənməsi və ətraflı yazılı hesabatların və sözlü təqdimatların hazırlanması

Tələb olunan bacarıqlar:

-  İngilis dili biliyi (Ən azı B1 səviyyəsi)
-  Ali təhsil
-  Qərar qəbul etmə bacarıqları
-  Analitik bacarıqlar
-  Liderlik bacarığı
-  Layihənin idarə olunması bacarığı
-  Vaxtın idarə edilməsi bacarığı (Tapşırıqları vaxtında yerinə gətirmək üçün)
-  Əla ünsiyyət bacarıqları
-  Kreativlik

Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla  [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır