"Holiday Inn Baku Hotel" işçi axtarır - VAKANSİYA
30 MAY
601

"Holiday Inn Baku Hotel" işçi axtarır - VAKANSİYA

"Holiday Inn Baku Hotel" Kadrlar üzrə köməkçi vəzifəsinə işçi axtarır.

- Ali təhsilli 
- Bu sahədə 1-2 ilə qədər iş təcrübəsi 
- Azərbaycan və rus dili bilikləri 
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək 
- Microsoft Office sərbəst işləmək bacarığı 
- Məsuliyyətli və diqqətli 
- Ünsiyyət qurma və yüksək təqdimat bacarığı 
- Problemləri həll etmə bacarığı 
- Yaş həddi: 25-30 yaşlar arası 
- Cinsi: kişi namizədlər

İş barədə məlumat:

- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulunu, vəzifə dəyişikliklərini, işdən azad edilmələrini, bütün növ məzuniyyətlərin, intizam tənbehinin verilməsini və mükafatlandırılmasını rəsmiləşdirmək 
- İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq 
- Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək 
- Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək 
- İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialların hazırlamaq 
- Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirilmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək 
- Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət etmək

Vakansiya üzrə təcrübəsi olanlar işə müraciət anketlərini “Kadrlar üzrə köməkçi” başlığı altında [email protected] elektron ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır