"Mado" işçi axtarır - VAKANSİYA
24 İYUN
489

"Mado" işçi axtarır - VAKANSİYA

"Mado Restoranlar Şəbəkəsi" Marketinq üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

Tələblər:

- Ali  təhsil.
- Azərbaycan və rus dillərini mükəmməl, ingilis  dillini  yaxşı səviyyədə bilməsi.
- Komandada işləmə qabiliyyəti.
- Kompüterdə iş bacarığı – MS Office proqramları
- Strateji təhlil və proqnozlaşdırma, reklam haqqında biliyə malik olma;
- Yaradıcı  və təşəbbüskar;
- Yaxşı inkişaf etmiş ünsiyyət bacarığı, məsuliyyət, çox işləmə rejimində çalışmaq istəyi

Vəzifələr:

1. Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edir və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verir.
2. Şirkətin bazarda təqdim etdiyi bütün  məhsul və xidmətlərinin reklamını təşkil edir;
3. Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onların nəzarətini  və təhlilini aparır.
4. Şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlayır və gedişi ilə əlaqədar şöbə rəhbərinə hesabat yazaraq təqdim edir;
5. Müştərilərdən gələn sorğuları cavablandırır;
6. Şirkətin reklam yerlərinin satışını həyata keçirir;
7. Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparır;
8. Satış məqsədləri üçün PR və reklam mətni hazırlayır;
9. İstifadə olunan saytların effektivliyini təhlil edir;
10. Yeni restoranların açılması prosesində marketinq strategiyasının dəstəklənməsi və həyata keçirilməsi
11. SMM strategiyasının hazırlanması və həyata keçirilməsi
12. Promosyon fəaliyyəti təhlilini 
13. Markanın marketinq fəaliyyətinin həyata keçirilməsini izləmək və monitorinq etmək, maliyyə hesabatlarını hazırlamaq
14. Şirkətin tərkibində promosyonun təşkili; 
15. Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll edir.

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
İş günləri: həftədə VI gün
Əmək haqqı 700 manat
Nahar şirkət tərəfindən verilir.

Müraciət etmək üçün CV-lərinizi [email protected]  elektron ünvanına 01.07.2019-cu il tarixinədək "Marketinq üzrə mütəxəssis" sözünü qeyd etməklə göndərməyiniz xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır