"Fairmont Baku Hotels
30 İYUN
548

"Fairmont Baku Hotels & Residences" işçi axtarır - VAKANSİYA

Şirniyyat üzrə Aşpaz

ƏMƏK FUNKSİYALARI:

• Mətbəx üzrə əməkdaşları istiqmətləndirmək, təkmilləşdirmək, təlimləndirmək və ruhlandırmaq. 
• Baş Aşpazın Müavini ilə Mətbəxin gündəlik fəaliyyəti, sifarişlər barədə köməklik etmək. 
• Bütün qida növlərinin hazırlanmasına və təqdim edilməsinə nəzarət etmək. 
• Menyunun planlaşdırılmasında, inventarın nəzarətində, qrafikdə köməklik etmək. 
• Qida keyfiyyərini və Qonaqların razılıq səviyyətini artırmaq. 
• Gün üçün nəzərdə tutulan hazırlama proseslərini təşkil etmək və əməkdaşların vəzifələrini düzgün bölüşdürmək. 
• Ərzaqların xarab olmasının qarşısını almaq məqsədilə onların müvafiq saxlanılması, yarlıq yapışdırılması və istifadəsini təmin etmək və qiymət kontrolu keçirmək. 
• Lazımi əzraq və avadanlıqlar üçün bütün rekvizitləri tamamlamaq. 
• Mətbəx əməkdaşlarının təlim və təkmilləşdirilməsində Baş Aşpazın Müavininə köməklik etmək. 
• Restoran menyularının, reseptlərin, standart və nəzarət prosedurlarının  yaradılmasında, həyata keçitilməsində Baş Aşpazın Müavininə köməklik etmək.
• Təhlükəsiz iş mühitinin yaradılmasında, sağlamlıq, təhlükəsizlik və qida gigyena standartlarına riayət edilməsində dəstək olmaq.
• Gündəlik şəkildə əməkdaşların yanında çalışmaq və mövcud və ya gələcək sifarişlərin icra gedişatına nəzarət etmək. 
• Mətbəxin və mətbəx soyuducularının, dondurucularının təmizliyini təmin etmək. 
• Digər mümkün vəzifələr

İXTİSAS TƏLƏBLƏRİ:

• Mətbəxdə minimum 4 il iş təcrübəsi olmaq. 
• İngilis, Azərbaycan və ya Türk dillərində ünsiyyət qabiliyyətinə malik olmaq. 
• Microsoft Window kompyüter biliklərinə malik olmaq.
• Kulinariya sənətinə və Qonaqların sifarişlərinin icra edilməsində həvəsli olmaq.
• Qonaqlarla və əməkdaşlarla sıx iş münasibətləri qurmaq.

E - mail : [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır