"Özsüt Restoranı" işçi axtarır - VAKANSİYA
08 AVQUST
324

"Özsüt Restoranı" işçi axtarır - VAKANSİYA

Vakansiya: Hostess

Restoran: "Özsüt Restoranı"

İş yeri: Bakı
Cinsi: Qadın (20-28 yaş arası namizədlər)
İş qrafiki: 6 günlük iş həftəsi, 12:00-22:00
Nahar şirkət tərəfindən verilir

Vəzifə öhdəlikləri:

- Qonaqların qarşılanması, yerlərinə kimi ötürülməsi.
- Yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək
- Menyu təqdim etmək və lazım olduğunda gələn qonaqlara hər hansı bir yemək barəsində dolğun məlumat vermək

Namizəddən tələblər:

- Müvafiq sahədə 1-2 il iş təcrübəsi 
- Restoran və ya otel sistemində iş təcrübəsi mütləqdir
- Gözəl xarici görünüşlü və ünsiyyətcil olmalı
- Etik davranış qaydalarına sahib olmalı
- Diqqətli, məsuliyyətli və cəld 
- Komandada işləmək bacarığı
- Gülərüzlü və hörmətli olmalı 
- Dinləmə mədəniyyəti
- Xarici görünüşünə diqqət göstərməli
- Danışıq qabiliyyəti yüksək olmalı
- Müştəri ilə ünsiyyət qurmağı bacarmalı
- Azərbaycan və rus dillərində danışıq qabiliyyəti mütləqdir

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla  [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır