"Salam Baku Hotel" işçi axtarır - VAKANSİYA
14 AVQUST
426

"Salam Baku Hotel" işçi axtarır - VAKANSİYA

Şirkət : “Salam Baku Hotel

Ünvan: Xaqani küçəsi 1

Vakansiya : Xəzinədar

Vəzifələr:

 Yoxlama siyahılarının ikinci nüsxəsini qəbul və təsdiq edir və gündəlik daxilolmalara məktub vasitəsilə qəbul edilən çek və pul köçürmələrini daxil edir. 
 Bank hesablarına gündəlik köçürmələri həyata keçirir. 
 Gündəlik Hesabatını hazırlayır. 
 Ön büro əməkdaşlarını lazımi miqdarda xırda pulla təmin edir, həftə sonları və bayram günlərində onlara əlavə xırda pul verir. 
 Hər gün daxil olan nağd vəsaitləri sayır və bu vəsaitlərdən xərclənənlər barədə izahat verir. 
 Kassalardan pul axışını daima nəzaərtdə saxlamalı.
 Hesabatları yenidən nəzərdən keçirir və maliyyə mühasibatı sistemi ilə uzlaşdırır. 
 Mehmanxananın müştəri qeydiyyatı şöbəsinə gündəlik valyuta kursları barədə məlumat verir. 
 Artıq və əskikləri gecə auditoru ilə birlikdə yoxlayır 
 Mehmanxananın müştəri qeydiyyatı şöbəsindən qəbul edilən zərfdəki məbləğin həmin şöbənin kassiri tərəfindən göstərilən məbləğdən fərqli olmamasına nəzarət.
 Seyfin ağzı açıq olarkən və ya pullar sayılarkən ofisin qapısının bağlı saxlanılmasını təmin edir. 
 Gündəlik gəliri/nağd vəsaiti banka aparır

Tələblər:

 20-40 yaş aralığında olan namizədlər
 Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
 Ciddi, kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalı; 
 Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı
 Vergi məcəllələrini bilməli 
 1C Proqramında işləmə bacarığı
 İş təcrübəsi: müvafiq vəzifədə 2 ildən yuxarı 
 Dil bilikləri: Azərbaycan dili /Rus və İngilis dili bilməsi üstünlükdür

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “ Xəzinədar” qeyd edərək öz CV lərini [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır