"Qalaalti Hotel
29 AVQUST
549

"Qalaalti Hotel & Spa" işçi axtarır - VAKANSİYA

Qalaalti Hotel & Spa yeni və gözəl arxitekturaya malik, Bakı şəhərindən cəmi 120 km məsafədə Şabran şəhərində yerləşən müalicəvi və istirahət kompleksidir. Bu kompleks digərlərindən öz unikal müalicəvi suyu, müasirliyi və rahatlığı ilə fərqlənir. Otel 157 superior-class, 16 suite otaq və müxtəlif dizaynlı 3 villaya malikdir.

Qalaaltı Otel & Spa Şabran şəhərində Əyləncə komandasına qoşulmaq üçün müxtəlif istedadlara malik açıq fikirli və enerjili Əyləncə mərkəzinin rəhbəri vəzifəsində çalışacaq mütəxəssis axtarır.

Baş menecerə hesabat verərək Əyləncə mərkəzinin rəhbəri yüksək səviyyəli, sürətli mühitdə işləyəcək, həmçinin öz komandasına qonaqları möhtəşəm gündüz və gecə əyləncə proqramları ilə məmnun etmək üçün təlimlər keçəcək. Xüsusilə, aşağıda qeyd olunmuş öhdəlikləri yüksək standartların uyğun şəkildə yerinə yetirilməsi tələb olunur:

• Qonaqların istirahətlərindən zövq almağı üçün gündüz və axşam əyləncələri təşkil etmək;
• Əyləncə komandasına qonaqlara yüksək səviyyədə xidmət göstərməyi üçün lazımi ləvazimatlar və resurslarla təmin olunmasında yardım etmək;
• Dəvət olunan ifaçılar ilə əlaqə saxlamaq və satış komandası ilə koordinasiya etməklə büdcə vəziyyətini ən yaxşı vəziyyətdə saxlamaq üçün bütün şöbələrlə birlikdə səy göstərmək;
• Əyləncə mərkəzinin və xüsusi tədbirlərin inkişaf etdirilməsi üçün strateji planların hazırlanması və həyata keçirilməsi məqsədilə Əyləncə komandası ilə birlikdə çalışmaq;
• Otel ətrafında təhlükəsiz şərait yaratmaq, texniki baxım tələb edən defektləri müəyyən etdikdə lazımi şöbələrə xəbər vermək və gedişatı izləmək;
• Şəffaf kommunikasiyanın təmin olunması üçün gündəlik iclaslarda iştirak etmək;
• Əməkdaş iş cədvəllərini tərtib etmək, performans dəyərləndirilməsi həyata keçirmək;
• Əylənə şöbəsinə müraciət edən namizədləri müsahibə etmək, seçmək və təlim keçmək;
• İllik Fəaliyyət Səmərəliliyinin qiymətləndirilməsi proqramını keçirmək.

 Bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirmək üçün aşağıdakı bacarıq və ixtisas tələb olunur:

• Otelin İdarəolunması və ya oxşar sahədə təhsil;
• Eyni və ya oxşar vəzifədə otel təcrübəsi;
• Resort oteldə təcrübəsinin olması üstünlükdür;
• Komandasının yüksək xidmət göstərə bilməsi üçün liderlik bacarıqları;
• Azərbaycan, rus və ingilis dillərini bilmək; həm yazılı həm də şifahi kommunikasiya bacarıqları;
• Bütün qonaq və əməkdaşlarla effektiv kommunikasiya qurmaq bacarığı;
• İşçiləri idarə və motivasiya etmək bacarığı;
• İş ehtiyaclarına əsasən müxtəlif gün və saatlarda işləmək imkanı;

Əgər dünyanın hər yerindən yeni insanlarla tanış olmaq, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

"Qalaalti Hotel & Spa" şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır