"Fairmont Baku" işçi axtarır - VAKANSİYA
03 SENTYABR
724

"Fairmont Baku" işçi axtarır - VAKANSİYA

Fairmont Baku, Hotels & Residences

Təmizlik İşçisi

ƏMƏK FUNKSİYALARI:

Fəaliyyəti barədə Inizbati Təsərrüfat İşləri üzrə Menecerə məruzə edən təmizlik İşçisi qonaq otaqlarında, göz qabağında olan ərazilərdə, ictimai istifadə yerlərində təmizliyin təmin edilməsinə görə cavabdehdir. Təmizlik İşçiləri həmçinin anbar ərazilərinin təmiz və səliqəli saxlanılmasını təmin edir. Təmizlik İşçiləri həmçinin Otelin bütün camaşırlarının təmiz, yuyulmuş və səliqəli olmasını və müvafiq şəkildə saxlanılmasını təmin edir.

• Qonaqlara qarşı məxsisi xidmət təqdim etmək, Həmkarlara və Qonaqlara mehriban və səmimi bir şəkildə xidmət göstərmək. 
• Gündəlik fəaliyyət ilə bağlı işləri icra etmək. 
• Otelin qonaq otaqlarını və iclas otaqlarını təmizləmək. 
• Tələb olunan ləvazimatlar və çatışmamazlıqlar barədə bildirmək. 
• Avadanalıqlardan səliqəli istifadə etmək və onları səliqəli saxlamaq. 
• Yaranmış problem və ya sualların vaxtında həll edilə bilməsi üçün onlar barədə Nəzarətçiyə dərhal bildirmək. 
• Mükəmməl şəkildə görünmək və davranmaq. 
• Rəhbərlik və ya nəzarətçilər tərəfindən müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

TƏLƏBLƏR:

• Enerjili və dinamik olmaq
• Detallara diqqətli olmaq
• Məlumat və fikirləri aydın çatdırmaq bacarığı 
• Davamlı inkişaf və öyrənməyə yönəmli olmaq

E - mail : [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır