“Xəyalların vakansiyası”: Səyahət edib, pul qazanacaqlar
03 OKTYABR
604

“Xəyalların vakansiyası”: Səyahət edib, pul qazanacaqlar

İngiltərənin tur şirkətlərindən olan “The Ski Week” və “The Yacht Week” turlara gedərək sosial şəbəkə hesabları üçün foto və video çəkəcək iki işçi axtarır.

Müraciət edənlərə 1.8 min funt sterlinq (təxminən 4 min manata qədər) maaş və bütün xərclərin ödənilməsi vəd edilir. İş zamanı həmin şəxslər Kanada, ABŞ, Avstriya, Xorvatiya, Yunanıstan, Monteneqro və Böyük Britaniyanın Vircin adalarına göndəriləcək.

Vakansiya üçün tələblər müraciət edənlərin 21 yaşdan yuxarı və xarici passporta sahib olmasıdır. Xüsusi bacarıq və istedadlar tələb olunmur. Belə ki, təkcə gözəl nitqi, çəkiliş qabiliyyəti olan biri bu iş üçün uyğun hesab olunur. Müraciətlər noyabr ayının 1-nə qədər qəbul olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır