”Lankaran Springs
10 OKTYABR
313

”Lankaran Springs & Wellness Resort” işçi axtarır - VAKANSİYA

Lankaran Springs & Wellness Resort” Satış üzrə Menecer vəzifəsi üçün işçi qəbulu elan edir

Əsas Öhdəliklər

- Oteldə qonaqların sayını, orta tarifləri və mənfəəti artırmaq.
- Bir sıra müştərilərlə normal münasibətlər yaratmaq və bu münasibətləri qoruyub saxlamaq, satış hədəflərinə cavab verməyə çalışmaqla işgüzar fəaliyyəti / qonaqların sayını artırmaq.
- Mümkün olduqda aşkar edilmiş bazar seqmentlərindən və işgüzar mənbələrdən istifadə edərək yeni biznesi inkişaf etdirmək və qoruyub saxlamaq.
- Bazarda yüksək profili saxlamaq üçün oteli təmsil edən ticarət yarmarkalarında, korporativ tədbirlərdə, kampaniyalarda və s. iştirak etmək.
- Müvafiq korporativ məlumat kitabları (ümumdünya məlumat kitabı, ümumdünya təlimatı) və digər müvafiq reklam-informasiya materiallarını paylamaq.
- Bütün fəal müştərilərə dair dəqiq hesabları və məlumat vərəqlərini saxlamaq.
- Bütün müvafiq bazarlar üçün hazırlanmış satışın təhriki strategiyasını həyata keçirmək.
- Tələb olunduqda, satış üzrə növbətçi qrafikində iştirak etmək.
- Fərdi büdcə göstərişlərinə əməl etməklə, aylıq əyləncə qrafikini Baş Menecerə təqdim etmək.
- Baş Menecerin əvvəlcədən razılığını almaqla, lazım olduqda əsas müştəriləri əyləndirmək.
- Satış üzrə gündəlik, həftəlik satış brifinqlərində iştirak etmək.
- Şirkətin göstərişlərinə əməl etməklə, korporativ və səyahət üzrə hesabların səmərəli məlumat bazasını aparmaq.
- Bazarın tələblərini və meyllərini müəyyən etmək, onlar barədə hesabat vermək və həmin tələblərə cavab vermək.
- Rəqiblərin satış kampaniyalarının və şöbə üçün fəaliyyətlərin monitorinqini və təhlilini aparmaq.
- Şöbə üçün səmərəli satış planı və təbliğat fəaliyyətlərini aparmaq.
- Məhsula dair bilikləri daima yeniləmək.
- Sənaye, şirkətin və ya otel tərəfindən tələb olunduqda, şöbənin funksiyalarında baş vermiş hər hansı dəyişikliyə uyğunlaşmaq.

Tələblər:

• Ali təhsil (Satış və Marketinq yönümlü təhsili olanlara üstünlük veriləcək)
• Minimum 5 il “Satış üzrə rəhbər” kimi təcrübəyə sahib olmaq
• Otel təcrübəsi olanlara üstünlük veriləcək
• Azərbaycan, Rus və İngilis dilinə mükəmməl hakimiyyət
• Həftədə 5 günlük cədvəllə işləmək
• Mütəmadi olaraq Lənkərana və xarici ölkələrə ezəamiyyətə getmək imkanı

Təklif edirik:

• 5 günlük iş cədvəli
• Tibbi sığorta
• Pespektiv və inkişaf
• Maaş – müsahibə əsasında təyin olunur

CV nümunələri “Satış üzrə Menecer” başlığı ilə [email protected] ünvanına gödərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır