"Biz Azərbaycanda turizm sənayesi yaratmalıyıq" - DÖVLƏT BAŞÇISI
13 APREL 2016
299

"Biz Azərbaycanda turizm sənayesi yaratmalıyıq" - DÖVLƏT BAŞÇISI

"Biz turizm sənayesini yaratmalıyıq. Bu, bizdə yoxdur. Turizmin, əgər belə demək olarsa, əlavə həcmini təmin etmək üçün müəyyən addımlar atılıb, lakin turizm sənayesi mövcud deyil. Biz bunu etməliyik". Fins.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edərkən bildirib.

Eləcə də bax: Prezidentin sahibkarlarla söhbətinin - TAM MƏTNİ 

"Biz bu sahəyə fəal şəkildə sərmayələr yatırırıq. Hazırda əlavə addımlar atılır ki, xarici turistlər Azərbaycana daha asan səfər etsinlər. Xüsusən, coğrafi mövqeyi, xalqımızın qonaqpərvərliyini, təhlükəsizliyi, dostluq mühitini və istər Bakıda, istərsə də rayonlarda artıq mövcud infrastrukturu, o cümlədən müxtəlif iqlim şəraitlərini nəzərə alsaq, turistləri daha çox cəlb edə bilərik. Əfsuslar olsun ki, hazırkı vəziyyət bizi qane etmir. Biz turizm sənayesini yaratmalıyıq. Hazırda, dünyada tanınan otellər ölkəmizdə var. Fikrimcə, şirkətlər bu işdə bizə yardım edə bilərlər", - deyə prezident söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır