“Air France” Paris-Tehran səfərlərinə başlayıb
18 APREL 2016
404

“Air France” Paris-Tehran səfərlərinə başlayıb

Fransanın aviaşirkəti “Air France” 2008-ci ildən dayandırdığı Paris-Tehran səfərlərinə İran üzərindən beynəlxalq sanksiyaların götürülməsi ilə yenidən başlayıb.

Fins.az “Azərtac”-a istinadən xəbər verir ki, ilk səfərdə sərnişinlər sırasında Fransanın nəqliyyat naziri və 15 böyük şirkətin rəhbəri yer alıb.

“Air France” ilkin olaraq çərşənbə, cümə və bazar günləri olmaqla həftədə üç dəfə Tehrana uçuşlar həyata keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır