AZAL Təl-Əvivdən Nyu-Yorka uçuşlar həyata keçirəcək
19 APREL 2016
464

AZAL Təl-Əvivdən Nyu-Yorka uçuşlar həyata keçirəcək

Bu ilin aprelin 24-dən etibarən "Azərbaycan Hava Yolları" QSC (AZAL) İsrailin paytaxtı Təl-Əvivdən Nyu-Yorka uçuşlara başlayır.

Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək. Uçuşların birbaşa deyil, Bakının Heydər Əliyev adına beynəlxalqhava limanında 2 saat dayandıqdan sonra yerinə yetirilməsi planlaşdırılır.

Biletlərin qiyməti 700 ABŞ dollarından etibarən başlayır.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır