Dubay-Bakı reysinin – QRAFİKİ DƏYİŞİB
19 APREL 2016
770

Dubay-Bakı reysinin – QRAFİKİ DƏYİŞİB

“Fly Dubai” şirkəti aprel ayının 19-da Dubay-Bakı aviareysinin təxrinə salınmasını təkzib edib. Şirkətdən fins.az-a verilən məlumata görə, mart ayında həftədə 4 dəfə, Novruz bayramı ərəfəsində isə hətta həftədə 5 dəfə reys təşkil edilirdi.

Eləcə də bax: Dubay-Bakı reysi ləğv edilib

Amma aprel ayının 11-dən etibarən “Bakı- Dubay” reysi həftədə 3 dəfə həyata keçirilir. Belə ki, uçuşlar bazar ertsəsi, çərşənbə axşamı və şənbə günləri təşkil edilir. Şirkətin nümayəndəsi Nərmin Süleymanova fins.az-a bildirib ki, reyslərin qrafikindən edilən dəyişiklik hansısa reysin təxirə saınması təəssüratı yaradıb. Amma “Bakı -Dubay” istiqamətində “Fly Dubai”la uçuşlar qrafikə uyğun olaraq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır