Ruslar yaxtalarını da Türkiyədən aparır- 50 % AZALMA
22 APREL 2016
370

Ruslar yaxtalarını da Türkiyədən aparır- 50 % AZALMA

Türkiyə ilə Rusiya arasında yaşanan böhran yaxta turizmini də vurub. Fins.az-ın türk mətbuatına istinadən məlumatına görə, əvvəlcədən rezervasiya edilən  yaxtaların 50 %-i artıq  ləğv edilib. Belə ki, dəniz səyahətinə üstünlük verən rus turistlər bayraqları dəyişdirərək Xorvatiya və Yunanıstan sahillərinə  getməyə qərara alıblar. Bəzi ruslar isə  yaxta və qayıqlarını satışa çıxarıblar. Yaxta turizmi ilə məşğul olan şirkətin rəhbəri Tufan Güleş  şirkətlərin bir çoxunun  yaxta və qayıqlarını satışa çıxardığını açıqlayıb. Digər şirkətlər də Muğla bölgəsinin  simvoluna çevrilə  yaxta turizminin ağır zərbə aldığını deyirlər. Türk şirkətlərinin açıqlamalarına görə, hər il Egey dənizi sahillərində yaxta gəzintiləri  keçirən rus milyaderlər meqa yaxtalarını  Rusiya- Türkiyə böhranından sonra Avropa sahillərinə aparmağa başlayıblar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır