AZAL Türkiyənin bu şəhərinə uçmayacaq
26 APREL 2016
700

AZAL Türkiyənin bu şəhərinə uçmayacaq

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) iyul ayından Türkiyənin kurort şəhərlərindən olan Alanyaya (Qazipaşa beynəlxalq hava limanı) başladacağı aviareys təxirə salınıb.

AZAL əvvəl iyul ayından etibarən həftədə bir dəfə uçuşlar həyata keçirəcəyini bildirsə də, sonradan müxtəlif səbəblərlə Qazipaşa beynəlxalqhava limanına uçuşları təxirə salıb.

AZAL-dan bildirilib ki, AZALJET-in Alanyaya aviareyslər ilə bağlı planları dəyişib: "Aviaşirkət bu mövsüm Alanyaya aviareyslərin yerinə yetirilməyəcəyi barədə qərar qəbul edib. Bizim Türkiyədəki tərəfdaşımız turistlərimizin Antalyadan Alanyaya yerüstü nəqliyyatlar vasitəsi ilə daşınmasını təmin edəcəklər".

Qeyd edək ki, bir müddət öncə AZAL Alanya (Qazipaşa beynəlxalq havalimanı) şəhəri də daxil olmaqla, Türkiyənin məşhur kurort şəhərləri - Antalya, Bodrum, İzmir və Dalamana yeni uçuş proqramını elan etmişdi.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır