“Atatürk” hava limanı sərnişinlər üçün bağlanacaq
26 APREL 2016
420

“Atatürk” hava limanı sərnişinlər üçün bağlanacaq

Üçüncü İstanbul hava limanı istifadəyə verildikdən sonra “Atatürk” hava limanı sərnişinlər üçün bağlanacaq.

Fins.az “www.borsagundem.com” saytına istinadla xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım deyib.

Nazir üçüncü İstanbul hava limanı istifadəyə verildikdən sonra hər kəsi maraqlandıran “Atatürk” hava limanının aqibəti barədə məlumat verərək bildirib ki, bu hava limanı 2018-ci ildə sərnişinlər üçün qapalı olacaq. “Atatürk” hava limanı yalnız karqo aviasiya məqsədilə istifadə olunacaq.

Mənbə: Azertac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır